Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstəxananın biabırçı görüntülərini yayan şəxsdən üzr istəməsi tələb olunur?
Xəstəxananın biabırçı görüntülərini yayan şəxsdən üzr istəməsi tələb olunur?

Bir neçə əvvəl sosial şəbəkələrdə Yevlax xəstəxanası ilə bağlı video yayılmışdı. Həmin görüntülərdə həkimin otağına girişin birbaşa tualetdən olduğu əks olunurdu. Yəni, xəstələr tualetdən keçib, həkimin qəbuluna girirdilər.

Həmin videonu çəkən şəxsin bacısı sosial şəbəkələrdə paylaşım edərək bildirir ki, qardaşı polis bölməsinə çağırılıb və təzyiq edilir. Ondan tələb olunur ki, baş həkimdən üzr istəsin.

“Qardaşımı şöbəyə çağırıblar. Telefonunu istəyiblər. Oda verib. Lakin sonra geri qaytarmayıblar. Bundan əlavə ondan tələb edirlər ki, həkimdən üzr istəsin.

Qardaşım qanunsuz heç nə etməyib, kimisə söyməyib, təhqir etməyib. Bu nə öz başınalıqdır anlamıram”,-deyə Bahar Mehtiyava bildirib.

DİN-in Mətbuat xidmətinin, KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələyə aydınlıq gətirərək bildirib ki, vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır.

“Baş həkim tərəfindən polisə rəsmi şikayət daxil olub. Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Hazırda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.

Leyla, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Dekabrın 6-na olan hava proqnozu
››› Azərbaycanda biri əcnəbi olmaqla, 2 nəfər dəm qazından ölüb, 1 nəfərin vəziyyəti ağırdır
››› Belarusun sanksiyalardan itkiləri hesablanıb
Son xəbərlər
Bütün xəbərlər »