Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıya yaraşmayan 4 fəsil və daim hazırlıqsız olan dövlət qurumları…
Bakıya yaraşmayan 4 fəsil və daim hazırlıqsız olan dövlət qurumları…

Payız, qış, yaz, yay bu fəsillərin hər biri öz gözəlliyi ilə özəldir. Payızın qızılı, qışın ağ, yazın cəhrayı, yayın yaşıl rəngini heç bir boya, rəsm əvəz edə bilməz.

Bir çox ölkələr var ki, bu fəsillərin bir çoxundan məhrumdur. Həmin ölkələrdə il ərzində iki-üç və hətta bir fəsil yaşanır. Məsələn, Dominikan Respublikası, Malaziya, Kamerun, Sinqapur, Kiribati, Maldiv Adalarında ilin 365 günü yay fəsli yaşanır. Laplandiya isə əsasən soyuq iqlimlidir. Burada normal iqlim -20 dərəcədir. Bu ölkələrin bir çoxuna isə daim turist axını var.

Azərbaycanda isə ilin dörd fəsli yaşanır. Lakin burada turistlər bir yana heç yerli əhali də dəyişən fəsillərdən zövq ala bilmir. Əksinə hər fəsil dəyişəndə insanların canı narahatçılıqla dolur. Səbəb isə çox sadədir. Yay fəsli gələn kimi kondisionersiz avtobuslarda, metrolarda istidən nəfəs kəsilir. Külək əsir işıq, telefon, internet kəsilir, binaların damları uçur. Yağış yağır yollar gölə, dənizə çevrilir,

maşınlar sular üzür. Qar yağan kimi isə ümumiyyətlə həyat iflic olur. Yollar buz bağlayır, maşınlar buz üstü hakkey yarışına çıxır, qəzaların sayı hesabı itir.

Vay o gündən ki, həmin günlərdə hansısa idarə ilə əlaqə saxlamağa, şikayətini bildirməyə çalışasan. Qaynat xətlərin hamısı olur “buz kimi soyuq”. Yanıb külə dönsən də dəstəyi götürən olmur. Axırda əlacın üzülüb, taleyinlə barışıb oturursan yerində və üz tutursan Allaha ki, “ay Allah yazığın gəlsin bizə, havanı dəyiş”.

Dövlət idarələrinin isə bu hallarda özürləri qəbahətlərindən böyük olur. Hər dəfə bəhanə gətirirlər ki, “bu təbii hadisəyə hazırlıqsız idik”. Elə bil kimsə qarğış edib ki, “heç hazırlıqlı gününüz olmasın”.

Deyək ki, bütün fəsilləri, təbii hadisələri başa düşdük. Bəs küləklər şəhəri adlanan paytaxt Bakı necə küləyə hazırlıqsız ola bilər?

Bunlar ya özlərini ələ salıblar, ya da bizi...

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »