Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari tibbi sığorta ilə bağlı tenderdə qaranlıq məqamlar...
İcbari tibbi sığorta ilə bağlı tenderdə qaranlıq məqamlar...

"Azad İstehlakçılar" Birliyi, bu ilin 13 sentyabr tarixində İcbari Tibbi Sığorta Dövlət Agentliyi Publik Hüquqi Şəxs tərəfindən elan edilmiş COVID test reagentlərinin satınalınması ilə bağlı nəticələri elan olunmayan tenderlə bağlı araşdırma aparıb.

Bu barədə Bizimyol.info saytına təşkilatın sədri Eyyub Hüseynov məlumat verib. Araşdırma zamanı müəyyən edilib ki, yalnız bir xəstəxana üçün 200 min 54 test dəsti almaq məqsədilə elan olunan tenderdə 3 şirkət iştirak edib və bu şirkətlərdən ikisi “Roche Cobas” şirkətilə birbaşa əlaqəsi olan, digəri isə yerli şirkətdir.

Eyyub Hüseynov Eyyub Hüseynov

"Tender şərtlərində tam naməlum səbəbdən “Roche Cobas” şirkətinin istehsalı olan və yalnız bu şirkətə məxsus avadanlıqları ilə araşdırılma aprıla bilən reagentlərin alınması nəzərdə tutulmuşdur. Əslində, ölkəmizdə tenderdə iştirak etmə imkan və səlahiyyətləri olan bir neçə firma var ki, onların təqdim etdikləri reagentlər, istənilən müvafiq avadanlıqla araşdırma aparmağa imkan verir və daha obyektiv nəticənin əldə olunmasına şərait yaradır!" - deyən E.Hüseynov qeyd edib ki, araşdırma nəticəsində tender elan edən tərəfin, məqsədli şəkildə digər reagent istehsalçısı və idxalçılarını tenderdən asanlıqla uzaqlaşdırmaq məqsədilə, “Roche Cobas” şirkətinin eyni firmaya məxsus avadanlıqla araşdırılma aparıla bilən reagentlərinə alternativsiz şərait yaratdığı məlum olub.

E.Hüseynovun sözlərinə görə, yerli istehsalçı və ya idxalçı şirkətlər tenderdə iştirak etsəydi, bir neçə milyon manat dövlət vəsaitinə qənaət olunardı və dövlət tərəfindən ödənilən bütün vəsait tam olaraq ölkəmizdə qalardı və xarici ölkəyə çıxarılmazdı.

"Tərkibində çoxsaylı Qeyri-Hökumət təşkilatlarını birləşdirən Milli Qeyri-Hökumət Təşkilatı Forumunun nəzdində fəaliyyət göstərən “İctimai Nəzarət Mərkəzinin İdarə heyətində təmsil olunan “Azad İstehlakçılar” İctimai Birliyi olaraq, COVID pandemiyasının tüğyan etdiyi bir şəraitdə bu kimi şərtlərlə tender keçirilməsini pisləyirik və hansı şirkətin tenderdə qalib olacağından asılı olmayaraq tenderin ləğv olunub daha ədalətli şərtlərlə keçirilməsini təklif edirik. Bu məsələ ilə bağli AİİB, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət Nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Publik Hüquqi şəxsin rəhbəri Zaur Əliyevə və Azərbaycan Respublikası İqtisadiyyat Naziri Mikayıl Cabbarova rəsmi müraciətlər göndərilib",- deyə E.Hüseynov vurğualyıb.

Qeyd edək ki, “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB), istehlakçıların hüququnu və ölkənin əmtəə bazarını standartlara uyğun olmayan mal və xidmətdən qorumaq, ölkədə inhisarsız bazar mühitinin formalaşması üçün dövlət orqanlarına yardımçı olmaq məqsədilə 1997-ci ildən dövlət qeydiyyatına alınmış ictimai təşkilatdır.

AİİB, 1998-ci ildən beynəlxalq istehlakçı təşkilatı-consumers İnternational ın(Cİ) üzvü olaraq dünyanın 123 ölkəsinin uyğun təşkilatlarının təmsil olunduğu konqreslərdə doğma Azərbaycanımızı təmsil və təbliğ edir.

P.S. Mövzu ilə bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyinə sorğu göndərmişik.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »