Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamağın şərtlərini açıqlayıb
Yaponiya Rusiya ilə sülh müqaviləsi imzalamağın şərtlərini açıqlayıb

"Yaponiya ərazi məsələsi həll olunandan sonra Rusiya ilə sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın yeni xarici işlər naziri Yoşimasa Hayaşi bu vəzifəyə təyin edildikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

"Rusiya ilə sülh müqaviləsinə gəlincə, biz bu problemi gələcək nəsillərə ötürməməliyik. Biz ərazi məsələsi həll olunandan sonra sülh müqaviləsini imzalamağa sadiqik. Tokio Moskva ilə sülh müqaviləsi üzrə danışıqları “mövcud razılaşmalar əsasında”, o cümlədən 2018-ci ildə Sinqapurda ən yüksək səviyyədə əldə edilmiş razılaşmalar əsasında davam etdirmək niyyətindədir", - deyə nazir qeyd edib.

O: "Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verməyimizdə heç bir dəyişiklik yoxdur. Hesab edirəm ki, biz Yaponiya-Rusiya münasibətlərini geniş spektrdə, o cümlədən siyasət sahəsində və sülh sazişinin imzalanması problemində tam inkişaf etdirməliyik. Müqavilə, iqtisadiyyata, mədəniyyətə, milli maraqlarımıza fayda verəcək deyə düşünürük", - deyib.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Sinqapurda keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın o vaxtkı baş naziri Şinzo Abe 1956-cı il oktyabrın 19-da Sovet-Yaponiya Birgə Bəyannaməsi əsasında sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. O, iki ölkə arasında müharibə vəziyyətinə son qoyub, onlar arasında diplomatik və konsulluq münasibətlərini bərpa edib.

Moskva və Tokio uzun onilliklərdir ki, İkinci Dünya Müharibəsindən sonra sülh müqaviləsi hazırlamaq məqsədi ilə məsləhətləşmələr aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsi ilə bağlı fikir ayrılığı olaraq qalır.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
Son xəbərlər
Bütün xəbərlər »