Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: Rusiyaya qarşı sanksiyalar davam edəcək
ABŞ: Rusiyaya qarşı sanksiyalar davam edəcək

ABŞ Rusiyaya qarşı son illərdə Ukraynada baş verən hadisələrlə əlaqədar yaradılmış sanksiya rejimini bu respublikanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bərpa olunana qədər saxlamaq niyyətindədir. Bu barədə çərşənbə günü qəbul edilmiş ikitərəfli “strateji tərəfdaşlıq” haqqında ABŞ-Ukrayna birgə xartiyasında deyilir.

Bizimyil.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, bu ABŞ dövlət katibi Entoni Blinkenlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında Vaşinqtonda keçirilən danışıqların yekunları üzrə sənəddə qeyd olunub.

Mətni ABŞ Dövlət Departamenti tərəfindən yayılan sənəddə qeyd edildiyi kimi, Vaşinqton “Rusiyaya qarşı sanksiyaların saxlanmasını” və bununla bağlı məhdudiyyətləri təmin etmək, habelə “Ukraynanın ərazi bütövlüyünü, beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bərpa edildiənə qədər digər müvafiq tədbirləri tətbiq etmək niyyətindədir.

Bununla bağlı nizamnamədə bildirilir ki, ABŞ 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini “heç vaxt tanımayacaq”.

Bundan əlavə, Vaşinqton sənəddə Ukraynanın şərqindəki münaqişənin “diplomatik yolla nizamlanması üzrə danışıqlara yönəlmiş Normandiya formatı da daxil olmaqla beynəlxalq səylərə tam dəstək” verdiyini təmin edir. Eyni zamanda, ABŞ və Ukrayna Rusiyanı Donbassdakı münaqişəyə rəhbərlik etməkdə ittiham edir. Xartiyanın tərəfləri həmçinin Rusiyanın “silahlı təcavüzə”, Ukraynaya iqtisadiyyat, energetika və ona qarşı kiberhücumlar sferasında təzyiq tədbirlərinin tətbiqinə görə məsuliyyət daşıdığı barədə fikirlər ifadə edirlər.

Bizimyil.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »