Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AİHM-nin Saakaşvili ilə bağlı cavabı gürcü dilinə iki variantda "tərcümə" edilib
AİHM-nin Saakaşvili ilə bağlı cavabı gürcü dilinə iki variantda "tərcümə" edilib

"Strasburq məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi ilə bağlı vəkillərin tələbini təmin etməyib, ona noyabrın 24-dək vəziyyəti ilə bağlı məlumat verməyi tapşırıb".

Bizimyol.info xəbər verir ki, bunu ədliyyə naziri Rati Breqadze öz Facebook səhifəsində paylaşıb.

"Gürcüstan hökumətinə məlumat verilib ki, Saakaşvilinin nümayəndələri AİHM-ə Saakaşvilinin təcili olaraq 18 saylı tibb müəssisəsindən multiprofilli özəl klinikaya köçürülməsi tələbi ilə müraciət ediblər.

Strasburq məhkəməsi iddiaçıların yuxarıdakı iddiasını təmin etməyib və dövləti Saakaşvilini mülki klinikaya köçürməyə çağırmaq əvəzinə, iddiaçı tərəfi aclıq aksiyasını dayandırmağa çağırıb", - Breqadze qeyd edir.

O qeyd edib ki, Gürcüstan tərəfi noyabrın 24-dək Saakaşvilinin sağlamlığı və təhlükəsizliyinin vəziyyəti ilə bağlı məlumat verməlidir.

Saakaşvilinin vəkili Nika Qvaramiya bir müddət əvvəl bildirib ki, AİHM Gürcüstan hakimiyyətinə Saakaşviliyə adekvat rəftar və təhlükəsizliyi təmin etməyi, habelə onun vəziyyəti ilə bağlı məhkəməyə gündəlik məlumat təqdim etməyi tapşırıb.

Onun sözlərinə görə, AİHM həmçinin hakimiyyətə Saakaşvili aclıq aksiyasını dayandıracağı təqdirdə onun adekvat reabilitasiyası və müalicəsini təmin etməyi tapşırıb.

Saakaşvili artıq 41-ci gündür ki, aclıq aksiyasına başlayıb. Səhhətinin pisləşməsi ilə əlaqədar eks-prezident həbsxana klinikasına aparılıb. Saakaşvilinin özü, vəkillərinin sözlərinə görə, hazırda tibbi yardım və müalicədən imtina edir.

Saakaşvilinin həbsxana klinikasına göndərilməsinin səbəblərindən biri Dövlət Təhlükəsizlik Xidmətinin “Milli Hərəkat” tərəfindən gözlənilən iğtişaşlarla bağlı bəyanatı olub. Dövlət Təhlükəsizliyi Xidməti birbaşa bildirib ki, eks-prezidentin tərəfdarlarının onu azad etmək üçün klinikaya basqın edə biləcəyindən ehtiyatlanır.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »