Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb
Aİ Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Ermənistan və Azərbaycan arasında atəşkəsin imzalanmasının il dönümü ilə bağlı bəyanat yayıb.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin rəsmi saytında məlumat verilib.

"Bu həftə Ermənistan və Azərbaycan arasında imzalanmış atəşkəs sazişindən sonra Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılmasının birinci ildönümüdür.

Avropa İttifaqı bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir. Döyüş əməliyyatları dayandırılsa da, danışıqlar yolu ilə hərtərəfli və dayanıqlı həllə doğru irəliləmək üçün bir çox məsələlər hələ də həll edilməlidir. Biz xüsusilə tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, qalan bütün saxlanılanların dərhal azad edilməsinə, minaların təmizlənməsi üzrə tam əməkdaşlığa və sərhədyanı ərazilərdə gərginliyin azaldılmasına çağırırıq", bəyanatda qeyd olunub.

Aİ rəsmisi bildirib ki, təşkilat sülhün olduğu, firavan Cənubi Qafqazın təşviqinə sadiqdir və sülhün qurulmasına və münaqişədən sonrakı reabilitasiyaya töhfə verməkdə fəal iştirak edir.

"Bu, saxlanılanların azad edilməsində və mina xəritələrinin təhvil verilməsində mühüm rol oynayıb. Aİ, həmçinin, münaqişədən zərər çəkmiş insanlara, minaların təmizlənməsi və erkən bərpa işlərinə 17 milyon avrodan çox humanitar yardımla dəstək verib. Aİ tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır və Cənubi Qafqazda əlaqələri və iqtisadi əməkdaşlığı təşviq edir".

Aİ-nin Ali Nümayəndəsinin sözçüsü qeyd edib ki, üç onillikdən artıq davam edən münaqişə və iztirablara son qoymaq üçün hərtərəfli nizamlanma lazımdır.

"Bu məqsədə nail olmaq üçün Aİ müvafiq beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə fəal təmasda olmağa davam edəcək, Ermənistan və Azərbaycan arasındakı bütün problemlərin hərtərəfli həlli üzərində işləyərək mandatlarını yerinə yetirməkdə onlara tam dəstək verəcək", bəyanatda vurğulanıb.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »