Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Üçtərəfli bəyanata əsasən biz ərazi bütövlüyümüzü bərpa etmişik"
"Üçtərəfli bəyanata əsasən biz ərazi bütövlüyümüzü bərpa etmişik"

Dünən Ermənistanla Azərbaycan arasında yeganə atəşkəs anlaşması hesab edilən 10 noyabr üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatının imzalanmasından bir il ötdü.

Bu bəyanatın Azərbaycan tərəfinə nələr qazandırdığı, hər üç ölkə tərəfindən bəyanatın şərtlərinə hansı formada əməl olunduğu barədə Bizimyol.info Milli Məclisin deputatı Arzu Nağıyevlə söhbətləşib.

Arzu Nağıyev Arzu Nağıyev

Deputat Arzu Nağıyev də Bizimyol.info-ya bu bəyanatın qalib tərəfin diqtəsi ilə imzalanmış bəyanat olduğunu qeyd edib: “Düşünürəm ki, 10 noyabr bəyanatı ən mühüm bəyanatlardan biridir. Bu, Azərbaycanın demək olar ki, haqq səsində, haqq müharibəsində əldə etdiyi nailiyyəti kapitulyasiya aktı kimi ermənilərə imzalamağa məcbur etmə məsələsi idi. Məlumdur ki, üçtərəfli bəyanatda Rusiya, Ermənistan və təbii ki, Azərbaycanın imzası ilə imzalanmış bu bəyanatda doqquz maddə var. Bu maddələrdə erməni-seperatçı qoşunlarının ərazidən çıxarılması, eyni zamanda əsir-girovlarla bağlı, sülhməramlı qüvvələrlə bağlı, qaçqınların statusunun BMT tərəfindən tanınması ilə bağlı qeydlər var. Əsas maddələr də nəqliyyat-komnukasiyaların, dəhlizlərin açılmasıdır. Bu, eyni zamanda regionda təhlükəsizliyə təhdidin qarşısının alınması istiqamətində atılacaq addımdır. Bu, Azərbaycan tərəfindən diqtə edilmiş, eyni zamanda bir qalib tərəfin diqtəsi altında imzalanmış bəyanatdır. Təbii ki, Rusiya sülhməramlılarının gəlməsi ilə bağlı Rusiya rəhbərliyinin imzasının orada olması da labüd idi. Digər məqam da ondan ibarətdir ki, artıq bu bəyanatla Azərbaycanın qalib olduğu və bunun kapitulyasiya aktı olduğu dünya tərəfindən tanınır və gələcəkdə dinc quruculuq işlərinin aparılması üçün ən mühüm sənədlərdən biridir. Regionda komnukasiyaların açılması, dəhlizlərin fəaliyyətə başlaması həm iqtisadi, həm siyasi, həm də hərbi məsələlərin həll edilməsi, həm sərmayələrin qoyulması, dividentlərin gətirilməsi istiqamətində çox mühüm işlər görmək mümkündür. Əsas məqam ondan ibarətdir ki, biz bir qalib dövlət kimi Ermənistanı bu sənədi imzalamağa məcbur etdik. Ermənistanda revanşist qüvvələr və digərləri bunu kapitulyasiya aktı kimi qəbul edərək daxildə müəyyən problemlər yaratmağa çalışırlar. Lakin buna baxmayaraq, sənədə əsasən biz ərazi bütövlüyümüzü bərpa edirik, etmişik. Artıq delimitasiya-demarkasiya məsələləri gündəmdədir” – deyə, deputat fikrini bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »