Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 7 millət vəkili çıxış edib.

TBMM-in Ədalət və İnkişaf Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.

Azərbaycanın müzəffər ordusunun qələbəsinin birinci ildönümündən bəhs edən çıxışçılar bir il öncə bu qələbədə hakimiyyət, xalq və ordu birliyinin önəmli rol oynadığını bildiriblər.

Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »