Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin XİN başçılarının görüşünün tarixi açıqlanıb
Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin XİN başçılarının görüşünün tarixi açıqlanıb

Noyabrın 15-də Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, iştirakçılar tərəfdaşlığın yüksəldilməsi və bunun xalqlara çatdırılmasının yollarına dair fikir mübadiləsi aparacaq.

İclas zamanı idarəetmə və investisiya, həmçinin, dayanıqlılıq, bərpa və islahatlar üçün tərəfdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacağı bildirilib.

Görüşün dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində təşkil olunduğu qeyd edilib.

Son xəbərlər
Bütün xəbərlər »