Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tomas de Vaal: “25 il, sadəcə, itirilib”
Tomas de Vaal: “25 il, sadəcə, itirilib”

İkinci Qarabağ Müharibəsinin başa çatmasından bir il ötdü. İndi bir çox məqamlara daha ayıq başla nəzər yetirmək mümkündür. Müharibənin nəticələri nisbətən aydın görünür. Müxtəlif ekspertlər ortaya mövqe qoyur. Fikrini soruşulacaq şəxslərdən biri də Tomas de Vaaldır. Britaniyalı münaqişəni həmişə yaxından izləyib, “Qara bağ” kitabını qələmə alıb.

Bizimyol.info xəbər verir ki, Tomas de Vaal Rusiya mətbuatına müsahibə verib. O, Qarabağ müharibəsindən, keçmişdən və perspektivlərdən danışıb.

Britaniyalının fikrincə, son bir ildə çox şey dəyişməyib. Amma bunu gözlənilən adlandırıb. Dərhal uzunmüddətli sülh sazişinin imzalanmasını gözləmək sadəlövhlük olardı. Məhz Tomas de Vaal belə düşünür.

“Bir çox məsələlər tam həllini tapmayıb. Məsələn, nəqliyyat kommunikasiyalarının açılması alınmayıb. Halbuki sazişin doqquzuncu bəndində var. Üçtərəfli komissiya yaradıldı, uğuru məlum deyil. Görülən əsas iş ondan ibarətdir ki, qan tökülməsi dayandırılıb, Azərbaycan ərazilərinin bərpasına başlanılıb. Bu da az deyil. Qarşıda uzun proses var və bu hələ başlanğıcdır”.

Tomas de Vaal inanır ki, torpaqları qan tökülmədən də qaytarmaq mümkün idi. O, Ermənistanın baş naziri Nikol Paşinyanı qınayır.

“Seçkilərdə demokratik yolla qələbə qazandı, xalq qarşısında legitimlik əldə etdi, amma Qarabağ probleminin həlli üçün iş görmədi. Belə təəssürat var ki, yalnız daxili problemlərlə məşğul olub. Bu müddətdə isə Azərbaycan müharibəyə hazırlaşıb. Əvvəllər həll yolları olub. Məsələn, 2016-cı ildə Sergey Lavrov, Con Kerri ölkə liderlərini Vyanaya çağırıb, bir az təzyiq göstərərək, güzəşt əldə edə bilərdilər. Amma münaqişə tərəfləri güzəştə getmək istəmirdi”.

Müsahibənin bu yerində jurnalist çox yaxşı sual ortaya qoyub. Soruşub ki, nəsillər dəyişsə də, Azərbaycanda Qarabağı qaytarmaq yanğısı necə azalmayıb? Tomas de Vaalın cavabı maraqlıdır.

“Bu təkcə Qarabağ yox, Azərbaycanın gerçək torpaqları üçün müharibə idi. O torpaqlar, rayonlar ki, orada yarım milyondan çox azərbaycanlı yaşayırdı. Azərbaycan bu rayonların itirilməsi ilə barışa bilməzdi. Gürcüstan Abxaziyasız, Moldova Dnestryanı ərazisiz yaşaya bilər, amma Azərbaycan Qarabağsız yox. Bu həm də milli kimlik məsələsidir. Qarabağ azərbaycanlıların Qüdsüdür”.

Tomas de Vaal ermənilərin gürcülərə nisbətən azərbaycanlılarla daha çox yaxınlığı olduğunu bildirib. Britaniyalı bir-iki nəsil dəyişikliyindən sonra xalqların sülh barədə daha çox düşünə biləcəyinə inanmaq istəyir. Onun fikrincə, Moskvanın mövqeyindən də çox şey asılıdır.

“2025-ci ildə rus sülhməramlılarının Qarabağdakı missiyası başa çatır. Əlbəttə, müddət daha beş il uzadıla bilər, amma Azərbaycanın veto qoymaq hüququ var. Ermənilər indiki statusun qalması üçün əlindən gələni edəcək. Azərbaycan bacardıqca ermənilərə və rus sülhməramlılarına təzyiq göstərəcək. Mən demirəm ki, yeni münaqişə başlayacaq. Sabitlik 2025-də pozula bilər. Hesab edirəm ki, Rusiya sülməramlı missiyaya başlayıbsa, bunu uzun müddət üçün nəzərdə tutub”.

Tomas de Vaal düşünür ki, münaqişənin həll olunmadan qaldığı 25 il hər iki tərəf üçün itirilib. Britaniyalı ölkələrin böyük güc sərf etdiyini, öz inkişafına ayıracaq resursları bu problemə yönəltdiyini deyir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »