Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülərin növbəti uğurlu əməliyyatı
Gömrükçülərin növbəti uğurlu əməliyyatı

622 kiloqramdan çox narkotik vasitə aşkar edildi.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə daxil olan məlumatlar əsasında, gömrük əməkdaşları iki fakt üzrə ümumi çəkisi 622 kiloqram 75 qram olan narkotik vasitənin gömrük nəzarətindən gizlədilərək keçirilməsi cəhdinin qarşısını alıblar.

Gömrükçülərin növbəti uğurlu əməliyyatı

Əməliyyat məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda İran İslam Respublikasının vətəndaşı Farangız Rahmanı Alkamı tərəfindən göndərilən, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Moldova Respublikasına “kişmiş” yükü aparan “Renault” markalı yük avtomobili saxlanılıb. Sorğu-sual zamanı sürücü idarə etdiyi avtomobildə yük sənədlərində göstərilən “kişmiş” yükündən başqa gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin həmin nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə keçirilən yoxlama zamanı xidməti it avtomobilin dartıcısının sol ətrafına reaksiya verib. Daha sonra nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilən zaman avtomobilin sol yanacaq çəninin içərisində sıxlıq müşahidə edilib. Yük avtomobilinin ətraflı yoxlanılması zamanı isə yanacaq çəninin kustar üsulla metal lövhə ilə iki hissəyə bölündüyü məlum olub. Baxış zamanı iki hissəyə bölünmüş yanacaq çəninin bir hissəsində qablaşdırılması ilə birlikdə çəkisi 301 kiloqram 475 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Digər əməliyyat məlumatına əsasən isə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük avtomobili Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda saxlanılıb.

Azərbaycan Respublikasından tranzit keçməklə Moldova Respublikasına “Qabıqlı püstə” və “xurma” yükü aparan həmin avtomobil “Samur” gömrük postunda rentgen qurğusundan keçirilən zaman şübhəli təsvirlər müşahidə edilib. Baxış zamanı bu avtomobilin yanacaq çəninin də metal lövhə ilə iki hissəyə bölündüyü, bir hissədə dizel yanacağı, digər hissədə isə qablaşdırılması ilə birlikdə çəkisi 320 kiloqram 600 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »