Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bioloji yaşlanmadan insan beyni də təsirlənir"
"Bioloji yaşlanmadan insan beyni də təsirlənir"

Bəzən yaşımızdan asılı olmayaraq özümüzü daha yaşlı və ya cavan hiss edirik. Məsələn; ətrafınızda elə insanlar var ki, 25 yaşı olduğu halda, özünü 50 yaşlı hiss edir. Və elə insanlar var ki, özünü uşaq kimi hiss edir. Yaşlanma zamanı, psixoloji yaşlanma ilə bioloji yaşlanma arasında balansı qorumaq lazımdır. Mütəxəssislər, psixoloji yaşlanmadan qorunmaq üçün yeni şeylər öyrənməyi, sosial əlaqələr yaratmağı, streslə mübarizə apara bilməyi, düzgün qidalanma və idmanla məşğul olmağı tövsiyyə edirlər.

Kliniki psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, bioloji yaşlanmadan insan beyni də təsirlənir. Yaddaş, diqqət, dərk etmək xronoloji yaşla əlaqədar zəifləyir, yeni şeylər öyrənmk çətinləşir. Həyatında böyük dəyişikliklər etmə istəyi də azalır. Təbii ki, yaşlanmanın həyatı gözəlləşdirən tərəfləri də var. Həyat təcrübəsinə uyğun məntiqli və doğru düşünə bilmək, doğru qərarlar verə bilmək, qənaətkar və səbirli ola bilmək və s. digər bacarıqlar artır. Psixoloji mənada daha çox təcrübəyə sahib bir yaşlı olaraq hörmət qazanırsan.

Psixoloji yaşlanma isə bioloji yaşlanmadan ayrı bir prosesdir. Bu sahədə onlarla araşdırmalar aparılıb, nəzəriyyələr irəli sürülüb.

Bioloji yaşlanma insanlarda gücsüzləşmə və performans itkisi ilə özünü göstərərkən, psixoloji yaşlanma zamanı qazanılanlar itirilənlərdən çox olur. Sosial münasibətlərin miqdarı və keyfiyyəti, yaşlılara psixoloji olaraq təsir edir. Yaşlıların ətrafında ailə və qohumlarından ibarət sosial şəbəkə, fərdlərin sevgi, özünə hörmət və bir qrupa aid olma kimi sosial tələblərini qarşılayır. Fiziki və psixoloji sağlamlığa mübət istiqamətdə təsir edir və stres verən hadisələrlə bacarmağa güc yaradır.

Psixoloq, yaşa dolan zaman düşüncələri qoruyub saxlamaq və yaşamağa davam edə bilmək üçün bir neçə kriteriyanın olduğunu vurğulayıb:

  1. Fiziki cəhətdən yaxşı olmaq

    Balanslı şəkildə qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq, fiziki cəhətdən yaxşı olmaq deməkdir.

  2. Zehni cəhətdən yaxşı olmaq

    Beynin mütəmadi olaraq; oxuyaraq, izləyərək, dinləyərək oyandırılması, problem və tapmaca həlli ilə zehni aktivliyin saxlanılması və digər əl bacarıqları ilə boş zamanların doldurulması, zehni cəhətdən yaxşı olmaq deməkdir.

  3. Sosial cəhətdən yaxşı olmaq

    Qohumlar və ətrafımızdakı digər insanlarla yaxşı ünsiyyət, münasibətlərin qurula bilməsi, cəmiyyətə və ətraf mühitə pozitiv təsir edə bilmək üçün cəhd edilməsi sosial cəhətdən yaxşı olmaq deməkdir.

  4. Mənəvi cəhətdən yaxşı olmaq

    Hansı yaşda olursa olsun, şəxsin mütəmadi olaaraq həyatdan gözlənti və məqsədlərinin olması, güclü etik dəyərlərə və əxlaqa sahib olması, mənəvi cəhətdən yaxşı olmaq deməkdir.

  5. Duyğuların yaxşı olması

    Başqalarına və özünə qarşı olan hisslərini və düşüncələrini anlayabilmə və onları paylaşmaq, duyğular baxımından balansı qoruya bilmək, duyğuların yaxşı olması deməkdir.

Psixoloji yaşlanmanın qarşısını almaq üçün, davamlı yeni bilik əldə etmək, zehni aktiv tutmaq, stres ilə mübarizə aparıb motivasiyanı qorumaq, sosial münasibətlər qurmaq üçün cəhd etmək, həyatında gələcəyə istiqamətlənmiş hədəflər qoymaq, düzgün və sağlam qidalanmaq, idmanla məşğul olmaq və yuxunu qorumaq lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »