Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkillər məhkumun gətirilmədiyi məhkəmə iclasından imtina ediblər
Vəkillər məhkumun gətirilmədiyi məhkəmə iclasından imtina ediblər

Hakim Nino Elişivilinin daha iki vəkili – Nika Qvaramiya və Dito Sadzaqlişvilini iclasa buraxmaqdan imtina etməsindən sonra Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkilləri məhkəmə iclasını tərk ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mətbuatına Saakaşvilinin vəkilləri bildirib.

Eks-prezidentin vəkilləri Bek Basilai və Şota Tutberidzenin məhkəmə zalını tərk ediblər. Həbsxana rəhbərliyinin Saakaşvilini məhkəmə zalına gətirmədən imtina etməsi müdafiə tərəfini qəzəbləndirib. Vəkillər məhkəmə prosesinə İctimai Yayımdan başqa digər media nümayəndələrinin də cəlb olunmasını istəyiblər.

"Mən konfrans zalında olmaq üçün heç bir səbəb görmürəm. Biz Mixail Saakaşvilini müdafiə etməkdən imtina etmirik. Lakin bizim Mixail Saakaşvilinin özünə bir sıra suallarımız var. Biz məhkumdan suallarımıza cavab almadan ədalətli hüquqi müdafiəni təşkil edə bilmərik və məhkum zala gətirilmiyənə qədər bizm prosesdə iştirak etməyimizə də səbəb yoxdur”, - deyə Basilaya bildirib.

Hazırda məhkəmə iclası Saakaşvilinin vəkilləri olmadan davam edir. Gündəlikdə Saakaşvili barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsi var. Basilaya həbs cəzası kimi həbs-qətimkan tədbirinin ləğv ediləcəyinə ümid etdiyini bildirib.

Saakaşvili və digər yüksək rütbəli məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur və onları 5 ildən 8 ilə qədər həbs gözləyir. İstintaqın məlumatına görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin verdiyi cinayət əmri əsasında Rustaveli prospektində və Rikaya bitişik ərazidə hüquq-mühafizə orqanları etirazçıları dağıdıb və qeyri-qanuni olaraq öldürücü olmayan silahlardan istifadə ediblər.

Bundan başqa, istintaqın məlumatına görə, yüksək vəzifəli məmurlar Saakaşvilinin göstərişi ilə “İmedi” televiziya şirkətini və gürcü milyonçu Badri Patarkatsişvilinin ailəsinin digər əmlakını, o cümlədən Mtatsminda parkını, Rustavi Metallurgiya Zavodunu müsadirə ediblər.

Saakaşvili gizli şəkildə Gürcüstan sərhədini keçib və oktyabrın 1-də həbs edilib. Evdə iki cinayət işi üzrə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı daha 3 iş, o cümlədən sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesi davam edir.

Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları saxta, özünü isə siyasi məhbus hesab edir.

Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »