Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəzərə inanan tək biz deyilik: Meqan Markl nəzərdən qorunmağa çalışdı
Nəzərə inanan tək biz deyilik: Meqan Markl nəzərdən qorunmağa çalışdı

Meqan Markl kral ailəsindəki vəzifələrini tərk edərək ABŞ-da məskunlaşsa da, Britaniya mediasından canını qurtara bilmir.

Bizimyol.info xəbər verir ki, Markl, son zamanlar istifadə etdiyi zinət əşyaları ilə gündəmə gəlib. Ötən günlərdə bir YouTube kanalında yayımlanan görüntülərdə ümumi dəyəri 400 min dollara yaxın olan zinət əşyalarına üstünlük verən Markl, bu dəfə NYTDealbook Online Summit tədbirində taxdığı qolbaqla diqqət cəlb edib.

Belə ki, Markl, tədbirə qızıl və brilyantlarla bəzədilmiş göz muncuğundan ilhamlanan göz motivli bilərzik taxıb. “The Sun” qəzetinin xəbərində "Mateo New York" tərəfindən hazırlanmış qolbaqın pis və istənməyən enerjilərdən qorunmaq üçün taxıldığı bildirilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »