Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apple-ın ilk kompüteri hərracda 400 min dollara satıldı - Foto
Apple-ın ilk kompüteri hərracda 400 min dollara satıldı - Foto

Texnologiya nəhəngi Apple şirkətinin Stiv Cobs, Stiv Voznyak, Patti Cobs və Daniel Kottke tərəfindən dizayn edilmiş və cəmi 200 ədəd istehsal edilmiş Apple-1 komputerlərindən biri hərraca çıxarılıb.

Bizimyol.info xəbər verir ki, 45 il əvvəl istehsal edilən komputer köhnə texnologiya həvəskarları və kolleksiyaçılar tərəfindən "müqəddəs" hesab olunur. Cənubi Kaliforniyada yerləşən John Moran Auctioneers hərrac evi 200.000 dollardan başlayan təkliflərlə komputeri hərraca çıxarıb. Apple-1 mütəxəssisləri komputerin təxminən 600 min dollara satılacağını təxmin etsələr də, bu cuhaz 400 min dollara satılıb.

2014-cü ildə Nyu-York hərrac evi Apple-1 komputerini 905 min dollara satıb. Hərraca çıxarılan komputeri alan şəxsin elektronika professoru olduğu bildirilir. Adı açıqlanmayan şəxsin 1977-ci ildə Apple II almaq üçün komputerini tələbəyə satdığı bildirilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »