Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yaxşı olar, əlil qazilərimiz avtomobillərinin ön və arxa şüşələrinə nişanlar yapışdırsınlar"
"Yaxşı olar, əlil qazilərimiz avtomobillərinin ön və arxa şüşələrinə nişanlar yapışdırsınlar"

Bir müddət əvvəl Baş DYP İdarəsi yol hərəkəti qaydalarını pozan qazilərə müraciət etmişdi. Məlumatda bəzi qazilərin qazi statusundan sui-istifadə etməyə çalışdığı, onların bəzi davranışlarla öz qazi statuslarına kölgə salmış olduqları qeyd edilirdi.

"Bəzən idarə etdikləri avtomobillərin nömrə nişanlarını çıxararaq yola çıxırlar. Burada məqsəd nədir? Tək məqsəd var, o da ki, yol hərəkəti qaydalarını pozduqları zaman avtomobil yollarında olan videomüşahidə kameralarından, radarlardan yayınmaq. Bu, yolverilməzdir" - deyə qeyd edilib.

Həmçinin bildirilib ki, bəzi qazilərimiz sükan arxasında olarkən, “Yol Hərəkəti Haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. Yol polisi əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq onları saxladıqları zaman “mən qaziyəm” deyə cavab verir və özlərinə haqq qazandırmağa çalışırlar. Yenə də deyirik, biz qazilərimizlə fəxr edirik, onlarla qürur duyuruq. Lakin qanun, hər kəs üçün qanundur: "Torpaqlarımızı işğaldan azad etməklə xalqımıza qürur hissi yaşadıblar. Bu, o demək deyil ki, onlar qanun-qaydaları istədikləri kimi poza bilərlər. Nəinki qazilərimiz, hər bir kəs başa düşməlidir ki, bir nəfərin yol hərəkəti qaydalarını pozması yalnız onun deyil, digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər, ağır nəticəli qəza baş verər. Ona görə də xahiş edirik ki, bəzi qazilərimiz, qayda pozuntularının mahiyyətini düzgün başa düşsünlər və bu kimi davranışlara yol verərək şərəfli qazi adına kölgə salmasınlar".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info saytına açıqlamasında bildirib ki, o, DYP-nin məlumatı ilə razı deyil.

Eldəniz Cəfərov Eldəniz Cəfərov

"Mən, Azərbaycanda qazilərin yol hərəkəti qaydalarını kütləvi halda pozmasını müşahidə etməmişəm. Düşünürəm ki, belə bir statistika ümumiyyətlə yoxdur. Ola bilər ki, ayrı-ayrı şəxslər müəyyən zamanlarda qayda pozuntusuna yol verib",- deyən ekspert bildirib ki, qazi statusu vətəndaşlara dövlət tərəfindən verilir. Bu, xüsusi imtiyazlı statusdur. Hər bir qazi bu statusun ona verdiyi imtiyazlardan yararlana bilər.

"Qazilərimizin bir qismi əlilliyi olan şəxslərdir. Onlar müharibə zamanı yaralandığı üçün onlara müxtəlif qrup əlillik verilib. Bu səbəbdən də onlar, dövlət tərəfindən avtomobillə də təmin edilir. Əlilliyi olan sürücülərə də yollarda müəyyən qədər imtiyazlar var. Onlara cəmiyyət tərəfindən güzəştlər edilməlidir. Əlilliyi olan qazilərimiz yaxşı olardı ki, avtomobillərinin ön və arxa şüşələrinə əlilliyi bildirən yapışqan nişanlar yapışdırsınlar. Belə olan təqdirdə, onların qazi və əlilliyi olan şəxs olduğunu müəyyən etmək asan olacaq. Cəmiyyət də onlara xüsusi diqqətlə yanaşacaq",- deyən E.Cəfərov hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə çağırıb.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› Siqareti necə tərgitmək olar...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Yeni nazir müavinləri kimlərdir... - Dosye
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Sabah iki rayonda qaz təchizatı müvəqqəti dayandırılacaq
Son xəbərlər
Bütün xəbərlər »