Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Belarusa qarşı sanksiyalar vəziyyəti daha da çətinləşdirəcək
Peskov: Belarusa qarşı sanksiyalar vəziyyəti daha da çətinləşdirəcək

"Kreml hesab edir ki, Belarusa qarşı istənilən yeni sanksiyalar ölkəni boğmaq cəhdi olacaq".

Bizimyol.info xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Belə qərarlar, əlbəttə ki, vəziyyəti çətinləşdirəcək. Bu, gələcəkdə Belarusu faktiki olaraq boğmaq cəhdlərindən başqa bir şey deyil", - deyə Peskov Kremlin sərhədlərin bağlanmasının iqtisadi hissəsini müzakirə edib-etməməsi sualını cavablandırarkən deyib.

Bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir qaçqın qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Departamentdən bildirilib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır: 2 mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaqlar sərhəddəki Polşa maneələrinin qarşısında dayanıblar. Polşa təhlükəsizlik qüvvələri onları ölkəyə buraxmır, miqrantlar maneələri aşmağa cəhd ediblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »