Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 11 noyabr, 2021-ci il – Çeviklik göstərməyə ehtiyacınız olacaq
Ulduz falı: 11 noyabr, 2021-ci il – Çeviklik göstərməyə ehtiyacınız olacaq

Bizimyol.info 11 noyabr, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün başlanğıcı sürprizlər, planları dəyişdirməli ola biləcək hadisələr gətirəcək. Düşündüklərinizin hamısını həyata keçirmək üçün çeviklik göstərməyə ehtiyacınız olacaq. Yeni yaranan və daha təcili tapşırıqların öhdəsindən gələrkən bəzi işlərin gözləyə biləcəyini düşünün. Günün ikinci yarısı həmfikirlərin dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyi vaxtdır. Narahatlığınız barədə açıq danışa biləcəyiniz bir adam haqqında düşünün. Sadəcə, diqqətlə qulaq assanız belə, əhvalınız nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.

Qoç - Çətinliklər qarşısında geri çəkilməməyin, israrlı olmağın vacib olduğu gündür. Çox işlərdə mahirsiniz, amma nəticə üçün səy göstərmək lazımdır. Başqalarının səhvlərini düzəltməyə hazır olun. Ancaq diqqətli olun ki, onları sizin ayağınıza yazmasınlar; ola bilsin, bəzi bədxahlar buna cəhd etsinlər. Nə qədər nizam-intizam saxlamaq və plana uyğun hərəkət etmək istəsəniz də, çətin ki, çaşqınlıqdan və boş təlaşdan qaça biləsiniz. Gözlənilməz səfərlər və görüşlər, həmçinin əvvəlcə çaşqınlıq yaradan, amma sonradan sevindirici olduğu üzə çıxan xəbərlər mümkündür.

Buğa - Tələsməyə dəyər. Siz qətiyyətlə hərəkət etməlisiniz, beləcə mühüm məqsədlərə nail ola bilərsiniz. Nə vacib işləri, nə də sizə faydalı ola biləcək insanlarla görüşləri uzun müddətə təxirə salmayın. Günün ilk yarısı etibarlı müttəfiqlər tapmaq, nüfuzlu şəxslərin dəstəyini cəlb etmək şansı verəcək. Günün ikinci yarısında bəzi xırda fikir ayrılıqları yarana bilər. Çox vaxt onlar ev işləri ilə bağlı olacaq, məsələn, gələcək satınalmalar, ailə xərcləri və s. Unutmayın ki, indi son qərarı vermək məcburiyyətində deyilsiniz. Bir az sonra eyni məsələləri daha sakit şəraitdə müzakirə etmək mümkün olacaq.

Əkizlər - Günün necə keçməsindən asılı olmayaraq, ciddi olmağa çalışın və ən vacib hədəflərinizi unutmayın. Keçici istəklərə qapılmamağınızdan, təxribatlara uymamağınızdan çox şey asılı olacaq. Sonuncu xüsusilə vacibdir. Başqaları sizin tarazlığınızı pozamağa çalışsalar da, siz soyuqqanlılığınızı qoruduğunuz müddətdə hər şey yaxşı olacaq. Günün birinci yarısı yorucu, ikinci yarısı isə daha sakit keçə bilər. Köhnə dostları görməyə, yaxınlarınıza diqqət yetirməyə və sizin üçün əziz olanları sevindirməyə imkan olacaq.

Xərçəng - Heç nəyə görə narahat olmayın. Bu gün hər şey yaxşı olacaq. Bəzən adi üsullar səmərəsiz olsa da, istədiyiniz nəticəni əldə etmək üçün yeni bir şey icad etməyi bacaracaqsınız. Xırda şeylərdən narahat olmasanız, əhəmiyyət kəsb etməyən və tezliklə unudulacaq xırda məsələləri ürəyinizə yaxın buraxmasınız, bütün çətinliklərin öhdəsindən mükəmməl gələcəksiniz. Gün əvvəllər təmasda olmaqdan çəkinən, özünü dostcasına aparmayanlarla belə anlaşmağa imkan verəcək. Əvvəllər sizi zəif hesab edən insanlar səhv etdiklərini anlayacaq və dost olmağa çalışacaqlar.

Şir - Günün əvvəlində planlar pozularsa, narahat olmayın. Bu zaman sürprizlər ehtimal olunur və ilk baxışda belə görünə bilər ki, onlar planlarınızın həyata keçirilməsinə mane olacaqlar. Amma bir az sonra siz yeni imkanlar görəcəksiniz, baş verənlərdən necə faydalanacağınızı anlayacaqsınız. Gün ünsiyyət üçün əlverişlidir. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək. Müttəfiqlər və köməkçilər tapmaq olar. Fikirləriniz hətta adətən, hər şeyə şübhə və düşmənçiliklə yanaşanları belə cəlb edəcək. Günorta saatları əvvəllər fikir ayrılığına səbəb olan məsələləri yenidən nəzərdən keçirmək üçün əla zamandır.

Qız - Gün maraqlı başlayacaq. Yeni qeyri-adi ideyalar, dərhal həyata keçirmək istədiyiniz planlar yarana bilər. Bəlkə də şanslı təsadüflər son vaxtlar sizi narahat edən suallara cavab tapmağa kömək edəcək. Uzaqdan gələn xoş xəbərlər və dərhal razılaşmaq istəyəcəyiniz təkliflər də ola bilər. Günün ikinci yarısı vacib və çətin işlərin vaxtıdır. Davam etmək üçün əzmkarlıq tələb olunacaq. Əvvəllər qazanılmış təcrübə çox faydalı olacaq.

Tərəzi - Gün yorucu, lakin məhsuldardır. Sizi daha çox maraqlandıran şeylərə diqqət yetirməyinizə mane olacaq yeni kiçik vəzifələr yarana bilər. Bununla belə, bir çox faydalı işlərlə məşğul olmağa, son zamanlar həm sizi, həm də ətrafınızdakıları narahat edən problemləri həll etməyə vaxtınız olacaq. Yaxınlarınızın dəstəyi bu gün sizin üçün xüsusilə vacibdir. Çox şey demək, dərdlərinizi, ümidlərinizi, arzularınızı bölüşmək istərdiniz. Bəlkə bəzi faydalı məsləhətlər ala bilərsiniz. Ancaq tək olmadığınızı bir daha hiss etmək indi son dərəcə xoş olacaq.

Əqrəb - Bu gün əla davranış sərgiləyəcəksiniz. Qarşılaşdığınız vəzifələr nə qədər çətin olsa, həllini tapmaq bir o qədər xoş olacaq. Bir çox vəziyyətlərə başqalarından fərqli baxırsınız, əvvəllər diqqətdən kənarda qalanlara diqqət yetirirsiniz. Ətrafınızdakılar uğurlarınıza həm heyran qalır, həm də təəccüblənirlər. Sanki bir neçə dəqiqə ərzində istənilən problemin öhdəsindən gəlmək iqtidarındasınız. Təəccüblü deyil ki, bir çox insanlar sizinlə dostluq etmək istəyir və rəqiblər müttəfiqlərə çevrilirlər. Axşam üçün mürəkkəb və yorucu işlər planlaşdırmamaq daha yaxşıdır. Bu dəfə özünüzü daha yaxşı hiss etmək üçün kiçik bir fasilə verməyə dəyər.

Oxatan - Özünüz üçün problem yaratmasanız, gün yaxşı keçəcək. Düşünülmüş addımlar məqsədə aparır, düşünülmüş qərarlar doğru çıxır. Duyğuların təsiri altında deyilənlər və edilənlər isə vəziyyəti daha da pisləşdirir: adətən, təmkininizi qorumadığınız üçün peşman olmağa başlayırsınız. Pulla əlaqəli hər şeydə qüsursuz nizam-intizam vacibdir. Hesablamalarınızda diqqətli olun, bütün borcların vaxtında ödənilməsinə əmin olun. Alış-verişə, xüsusən də böyük alışlara tələsməmək daha yaxşıdır. Düzgün seçimi tez edə bilməyinizin ehtimalı azdır, bir neçə variantı sakitcə müqayisə etmək daha yaxşıdır.

Oğlaq - Narahat olmayın. Çox gərgin olsa da, pis gün deyil. Yaranan çətinliklərin öhdəsindən tez gəlmək olar və siz düşünməməlisiniz ki, təsadüfi uğursuzluq, bir növ uzun sürən mübahisə və ya xoşagəlməz hadisə planlarınızın həyata keçirilməsinə mane ola bilər. Məsləhətlərə qulaq asmaq faydalıdır: bu gün insanlar insanların təcrübəsinə etibar edə bilərsiniz. Günün ikinci yarısı ciddi məsələlərin müzakirəsi, mühüm məsələlər haqqında danışmaq üçün əlverişli zamandır. Hətta əvvəllər hər hansı səbəbdən mübahisə etdiyiniz insanlarla da barışa bilərsiniz.

Dolça - Böyük ideyalar, xoş xəbərlər və faydalı kəşflər günüdür. Əvvəllər təkcə sizi deyil, bir çox tanışlarınızı da çaşdıran məsələləri həll etmək mümkündür. İş tapşırıqlarının öhdəsindən gəlməyə çox vaxt uzunmüddətli iş ortaqlarından, keçmiş həmkarlarından alınan məlumatlar kömək edir. Köhnə əlaqələri bərpa etmək fürsətini qaçırmayın, onlar hələ də sizin üçün faydalı olacaq. Başqalarını diqqətlə dinləməyə çalışın, lakin onlarla səmimi olmağa tələsməyin. Gün sirləri bölüşmək və ya gələcək planlar haqqında danışmaq üçün doğru zaman deyil.

Balıq - Həmişəkindən daha tez-tez başqalarının işləri ilə məşğul olmalı, başqalarının səhvləri ucbatından yaranan problemləri həll etməlisiniz. Bu sizi ruhlandırmasa da, güclü qıcıqlanma da yaratmayacaq: siz sakit, nikbin və xeyirxah olaraq qalacaqsınız. Diplomatik istedadlarınız mübahisə edənləri barışdırmağa, xırdalıqlar və anlaşılmazlıqlar səbəbindən yaranan münaqişələri həll etməyə kömək edəcək. Ailədə xoş hadisələr, həm sizi, həm də yaxınlarınızı sevindirəcək xəbərlər ola bilər. Axşam ev şənliyi üçün uyğundur; dostları dəvət edə bilərsiniz.

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »