Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə etiraz aksiyalarında 46 nəfər saxlanılıb - Video
Tbilisidə etiraz aksiyalarında 46 nəfər saxlanılıb - Video

Tbilisidə eks-prezident Mixail Saakaşviliyə dəstək üçün keçirilən etiraz aksiyalarında 46 nəfər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Verilən məlumata görə, səhər saatlarında Saakaşvilinin tərəfdarları müxtəlif yerlərdə - Dövlət Təhlükəsizliyi Xidmətinin, Ədliyyə Nazirliyinin və Səhiyyə Nazirliyinin binalarının yaxınlığında etiraz aksiyaları keçirirlər. Aksiya iştirakçıları eks-prezidentin həbsdən azad edilməsini, həmçinin növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb edirlər.

“Etirazçıların “Sərbəst toplaşmaq və ifadə azadlığı haqqında” qanundan kənara çıxması, həmçinin inzibati binaların girişlərini bağlamaq cəhdləri zamanı polis 46 nəfəri inzibati qaydada saxlayıb”, - Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Asaiş keşikçiləri etirazçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə hörmətlə yanaşmağa və qanundan kənara çıxmamağa, polisin qanuni tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırıb.

"Əvvəlki günlərdə olduğu kimi, bu gün də Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisiyə səfərbər edilib. Onlar hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq üçün xidmət göstərirlər", - deyə məlumatda bildirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »