Türkiyənin Kırıkkale şəhərində kartdan pul çıxarmaq üçün bankomata yaxınlaşan yerli sakin sürprizlə qarşılaşıb. O, hesabında gözlədiyindən dəfələrlə çox məbləğ görüb. Əmrə Akçeşmə 600 min lirəni (təxminən 61 min dollar) görəndə az qala dili tutulub. “Dünya mənim üçün 10 saniyəlik dayandı”, - kart sahibi həmin anı belə təsəvvür edib.
Bizimyol.info xəbər verir ki, Əmrə Akçeşmə çox düşünmədən bankla əlaqə saxlamaq qərarına gəlib. Hesabında böyük məbləğdə vəsaiti görən şəxs bunun özünə məxsus olmadığını deyib. Bankın əməkdaşları kimin həmin pulları Akçeşmənin hesabına köçürdüyünü dəqiqləşdirib. Əmrənin ehtimal etdiyi kimi, 600 min lirənin sahibi səhv əməliyyat həyata keçirib. Pul həmin şəxsə qaytarılıb.
Əmrə Akçeşmə 10 saniyə ərzində nəfsi ilə mübarizə apardığını, axırda qalib gəldiyini bildirib. “Qurürliyam. Amma hesab edirəm ki, hamı belə davranmalıdır”, - bankın dürüst davranan müştərisi belə deyib.
Bizimyol.info