Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiymət artımı almanların əhvalını pozur
Qiymət artımı almanların əhvalını pozur

Avropada enerji daşıyıcılarının, ərzaq məhsullarının, ev kirayələrinin qiyməti nəzərəçarpan dərəcədə artıb. Qitənin ən böyük iqtisadiyyatına malik Almaniyada da bu mənada vəziyyət qənaətbəxş deyil. Oktyabrda ölkədə inflyasiya 5 faiz olub.

Bizimyol.info xəbər verir ki, Almaniyada son 30 ilin ən yüksək inflyasiya göstəricisi qeydə alınıb. Ölkə vətəndaşları ciddi narahatlıq ifadə edirlər. Almanlar durumun belə çətinləşməsini gözləmirdilər. Qiymət artımı onların əhvalını pozur.

Saymon və Lena Vendland həyatlarında nigaranlığın artdığını düşünür. Bir müddət əvvəl övladı dünyaya gələn cütlük narahat görünür.

“Biz indi ev axtarırıq. Görürük ki, tikilən evlərdə qiymətlər necə yüksəlib. Bu adamı bir az qorxudur. Böyük ehtimalla hansısa kənddə yer tutmalı olacağıq. Şəhər cibimizə görə deyil”, - fizioterapevt işləyən Lena Vendland deyir.

Almaniyanın məşhur qəzetlərindən olan “Bild” Avropa Mərkəzi Bankını qiymətləri tənzimləyə bilməməkdə ittiham edir. Jurnalistlər bankın keçmiş rəhbəri Mario Draqini “Drakula” adlandırırdılar. İndiki sədr Kristin Laqard isə “Madam İnflyasiya” ləqəbi alıb.

Analitiklər bu qədər bədbin deyil. Əksinə, onlar Avropa Mərkəzi Bankının doğru siyasəti nəticəsində avro zonasının çiçəkləndiyini hesab edir.

“İndi qiymət artımı daha çox enerji daşıyıcılarında və xammalda özünü göstərir. Bu daha çox lokdaunun başa çatmasıyla bağlıdır”, - iqtisadçı Karsten Brjeski belə düşünür.

Mütəxəssislər hesab edir ki, almanların narazılığa baxmayaraq, heç də pis səviyyədə olmayan maliyyə yastığı formalaşıb. Onlar Almaniya vətəndaşlarının nikbinliyi itirmədiyinə əmindir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »