Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər niyə yox, nəyə baxacaqlar...
Nazirlər niyə yox, nəyə baxacaqlar...

Ermənistan mətbuatı xəbər verir ki, Rusiya və Fransanın Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ATƏT-in Qarabağ üzrə Minsk Qrupunun işini müzakirə edəcəklər.

Noyabrın 12-də Parisdə Liviya üzrə beynəlxalq konfrans çərçivəsində Rusiya və Fransanın xarici işlər nazirləri və müdafiə nazirliklərinin rəhbərləri ikitərəfli görüş keçirəcəklər. Ermənistanla Azərbaycan arasındakı münaqişə müzakirə ediləcək. "Guya" bu barədə Fransanın diplomatik departamentinin məlumat verib.

Əvvəla bunlar, Azərbaycanın Qarabağ iqtisadi zonası barədə daha nəyi müzakirə edəcəklər? İkincisi, olub-qurtarmış münaqişəni niyə indi müzakirə edirlər? Bəlkə bu müzakirələr Ermənistana təsəlli verməkdir, ya da onların özlərini ovutması…

Azərbaycan, ən yüksək səviyyədə elan edib ki, “artıq münaqişə sona çatıb və ölkə işğaldan azad etdiyi ərazilərin bərbası ilə məşğuldur”. Viran edilmiş, talanmış Qarabağda tikinti-bərpa işləri meydanına çevrilmiş ərazidə ətalətli bir qurumun müzakirə istəyi, “boğulanın saman çöpündən yapışması cəhdi”ndən başqa biş şey deyil.

Ermənistanın iddia etdiyi kimi, Rusiya və Fransanın ATƏT-in Minsk Qrupunu reanimasiya etmək cəhdləri inandırıcı görünsə də, fəaliyyət arealı qeyri-müəyyəndir. Münaqişənin olduğu, işğalın davam etdiyi illərdə bölgəyə “turist səfərləri” edən “üçlük + Kasperşik” indiyə qədər Qarabağla bağlı hansı işləri ilə yadda qalıb ki, bundan sonra da nə edələr? 44 günlük müharibə vaxtı ATƏT-in Minsk Qrupu ümumiyyətlə gözə dəymədi, səsləri çıxmırdı. Hətta həmin üçlüyə daxil olan Fransa, tamamilə “xaric” not üzərindən “xoruz səsi” çıxarmağa cəhd etdi və özünü xoş olmayan vəziyyətə saldı.

İndi hər şey arxada qalıb. Artıq Azərbaycanın sərhədlərinin müəyyənləşməsi və ölkə vətəndaşlarının dövlət qanunlarına əməl etməsi yönündə proses gedir. O “humanist” beynəlxalq qurumların ən yaxşı fəaliyyəti prosesə maneə olmamaq olar.

Əlbəttə ölkəmizə "əvvəllər də olduğu şəkildə" turist, hətta qonaq kimi də gələ bilərlər. Çörək kəsmişik axı. Amma sərhəddə siyasi donlarını çıxarıb gəlsinlər. Çünki onların burada müzakirə edəcəyi münaqişə artıq yoxdur. İndi, burda bütün məsələlərə Azərbaycan dövləti baxır. Ordumuz da ərazini lazımı kimi nəzarətdə saxlayır.

Məşhur filmdə deyildiyi kimi: "Niyə baxacaqlar yox, nəyə baxacaqlar".

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »