Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Belarus arasında telefon rouminqi ləğv edilir - Bəs Azərbaycanla Türkiyə?..
Rusiya və Belarus arasında telefon rouminqi ləğv edilir - Bəs Azərbaycanla Türkiyə?..

Rusiya ilə Belarus arasında İttifaq dövləti müqaviləsinin icrası ilə bağlı prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko fərmanlar imzalayıblar.

Putin və Lukaşenkonun imzaladığı sənəd daxili işlər nazirliklərinin, dövlət təhlükəsizlik orqanlarının, sərhəd xidmətlərinin və xarici işlər orqanlarının miqrasiya sahəsində fəaliyyət istiqamətlərini müəyyən edir.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

Bu sırada nəzərdə tutulan addımlardan biri də iki ölkə arasında telefon rouminqinin ləğv edilməsidir. İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, yuxarıda adı qeyd olunan orqanların bir çoxunun işləri rabitə və informasiya təhlükəsizlik üzərində qurulur və bu səbəbdən rouminqin ləğv olunması vacib məsələlərdən biri idi.

“İki ölkənin təhlükəsizlik tədbirlərinin, miqrasiya və xarici işlər məsələlərini tez zamanda görülməsi üçün yalnız bir şəbəkəyə və rabitəyə aid olması böyük avantaj hesab olunur.

Qeyd etmək istərdim ki, rouminqin bir neçə əsas növü var: daxili, intranet və beynəlxalq. Beynəlxalq rouminq istənilən ölkədə əlaqə saxlamağa imkan verir. Daxili rouminq ölkəniz daxilində, lakin operatorunuzun işləmədiyi şəhərlərdə rabitə təmin edir. İntranet rouminqi ölkənizin müxtəlif regionlarında bir operatorun şəbəkəsində rabitəni nəzərdə tutur. Rusiya və Belarus arasında hansı növ mobil və internet rabitəsi olacağı hələlik məlum deyil”.

Azərbaycanla Türkiyə arasında rouminq xidmətinin ləğvi perspektivdə mümkün ola bilərmi? Bizimyol.info-nun sualını cavablandıran Səkinə İlqarqızı bildirib ki, Azərbaycan və Türkiyyə arasında bir çox sazişlər və müqavilələr olduğu kimi, gələcək zamanda rouminqin ləğvi haqqında da danışıqlar ola bilər.

“Lakin nəzərə almaq lazımdır ki, qardaş Türkiyyə ərazisinə və əhalisinə görə yetərincə böyük bir ölkədir və bu proseslər uzun zaman ala bilər”,- deyə İT mütəxəssisi bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər