Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya ölkələrində uşaqlara ayrılan müavinətlər… – Azərbaycanda doğulacaq körpələri nə gözləyir?
Dünya ölkələrində uşaqlara ayrılan müavinətlər… – Azərbaycanda doğulacaq körpələri nə gözləyir?

İqtisadçı Samir Əliyev müxtəlif ölkələrin 2022-ci ildə doğulacaq körpələr üçün nəzərdə tutduğu vəsaitlər barədə paylaşım edib. Bu ölkələr arasında Rusiya, Ukrayna, Belarusiya və Ermənistan yer alıb.

Paylaşımda bildirilir ki, Rusiyada 2022-ci ilin fevralından uşaq doğuşuna görə birdəfəlik müavinətin həcmi artırılaraq 19981 rubla (280 dollar) çatdırılacaq. Fevral ayından 1-ci uşağa qulluğa görə müavinətin minimum həddi 7493 rubla (105 dollar), maksimum həddi 31282 rubla (439 dollar) qaldrılacaq. Müavinətlər uşaq 1,5 yaşa çatanadək ödəniləcək.

“Ermənistanda 2022-ci ilin yanvar ayının 1-dən etibarən ailələrə doğulan hər 3-cü və daha çox uşağa görə 50 min dram (təxminən 100 dollar) ödəniləcək. Bu ödəniş uşağın 6 yaşına qədər davam edəcək.

Ukraynada yeni layihəyə görə, 2022-ci ildən doğulan 1-ci uşağa görə ailələr 50 min qriven (1920 USD), 2-ci uşağa görə 100 min qriven (3840 USD), 3-cü və daha çox uşağa görə 150 min qriven (5770 USD) məbləğində ümumi vəsait alacaqlar. Bu vəsaitlərin bir hissəsini (15 min 1-ci, 30 min 2-ci, 45 min 3-cü uşağa görə) birdəfəlik şəkildə doğuşdan sonra, qalanlarını 36 ay ərzində hissə-hissə əldə edəcəklər.

Belorusda 2021-ci ilin noyabr ayının 1-dən 1-ci uşağın doğuşuna görə 2 880,10 rubl (1180 USD), 2-ci və növbətilər üçün 4 032,14 rubl (1652 USD) məbləğində birdəfəlik müavinət müəyyənləşib. Bundan əlavə 3 yaşa qədər qulluğa görə 1-ci uşaq üçün 495,74 rubl (203 USD), 2-ci və hər növbəti uşaqlar üçün 566,66 rubl (232 USD) aylıq müavinət ödəniləcək. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 USD) məbləğində aylıq müavinət alacaqlar”.

Bəs görəsən, Azərbaycanda doğulacaq körpələri nə gözləyir?

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, yeni doğulmuş körpələrə və çox uşaqlı ailələrə verilən müavinətlərin artımı ilə bağlı qərar büdcə müzakirələri zamanı veriləcək.

Natiq Cəfərli Natiq Cəfərli

“İlkin olaraq onu demək olar ki, ödənilən sosial müavinatların müəyyən dərəcədə indeksləşdirilməsi nəzərdə tutulur. Amma hansı səviyyədə və nə qədər olacağı büdcə müzakirələri zamanı və Maliyyə Nazirliyinin təqdimatından sonra bilinəcək.

İlkin elan olunnan rəqəm bütün ödənişlərin məsələn, maaşlar, təqaüdlər, sosial müavinatlarin təqribən 20-40 faiz arası indeksləşdirilməsi gözlənilir. Bunun hansı sahədə və nə qədər olacağı isə büdcə müzakirələri zamanı dəqiq məlum olacaq”.

Qeyd edək ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

Ünvanlı sosial yardım təyin olunan ailəyə əlavə dəstək olaraq bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat məbləğində müavinət təyin edilir.

Uşağa bilavasitə qulluq edən işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etmək üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Bu məbləğ isə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

Nəzərə alaq ki, körpələr üçün istisasadə edilən, ən ucuz və ekonomik pamperslərin qiyməti 15 manat, süni qidaların isə qiyməti 20 manat civarındadır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
Son xəbərlər
Bütün xəbərlər »