Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin məhkəmədə iştirakı barədə məlumat verilməyib
Saakaşvilinin məhkəmədə iştirakı barədə məlumat verilməyib

Eks-prezident Mixail Saakaşvilinin məhkəmədə iştirak edib-etməyəcəyi bu saatlarda məlum olacaq.

Bizimyol.info xəbər verir ki, Gürcüstan mətbuatının məlumatına görə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək prosesə bir neçə saat qalıb.

Bildirilir ki, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması işi üzrə məhkəmə prosesi saat 13:00-a təyin edilib. Artıq məlumdur ki, məhkəmə Mixail Saakaşvilinin iştirakı ilə zalda iclas keçirmək barədə qərar qəbul edib. Eks-prezident daha iki cinayət işi üzrə artıq cəza çəkir.

"Saakaşvilinin iştirakına gəlincə, həkimlər şurasının tövsiyəsi ilə o, 18 saylı məhbus və məhkumlar üçün tibb müəssisəsinə köçürülüb. Onun prosesdə iştirak edib-etməməsi həkimlərin səlahiyyətindədir", - deyə “Gürcü arzusu” parlament fraksiyasın rəhbərin birinci müavini Givi Mikanadze bildirib.

Saakaşvilinin özü kimi müxalifət liderləri də hesab edirlər ki, o, məhkəmə qarşısında şəxsən çıxış etməli və ittihamlara cavab vrməlidir.

"Hesab edirəm ki, Saakaşvili ədalətli mühakimə olunmalıdır. Cəmiyyət onun mövqeyini bilməlidir. Onun çoxfunksiyalı klinikaya köçürülməsini və ona ədalətli məhkəmə qarşısına çıxmaq imkanı verilməsini tələb edirik. Onun özünü müdafiə etmək və səsini cəmiyyətə çatdırmaq hüququ var", deyə "Lelo" partiyasının lideri Mamuka Khazaradze bildirib.

Bizimyol.info

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »