Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi bu gün saat 11:00-dan etibarən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »