Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"O nazir tutularaq Bakıya gətirilməliydi"
"O nazir tutularaq Bakıya gətirilməliydi"

Ermənistanın müdafiə naziri Arşak Karapetyan noyabrın 6-da Qarabağa gizlicə qanunsuz olaraq iki günlük səfərə gəlib.

Azərbaycan Müdafiə Nazirliyi bu gün həmin səfərlə bağlı bəyanat yayaraq Ermənistan nazirinin Xankəndiyə səfərini qanunsuz adlandırıb. Nazirlik bəyanatda bildirib ki, bu təhrikçi səfər üçtərəfli razılaşmanın ildönümündə qəsdən həyata keçirilib: “Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək”.

Ədalət Verdiyev Ədalət Verdiyev

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev artıq bəyanat verilməsinin yox, real hərbi tədbirlər görülməsinin vacibliyini bildirib: “Heç bir bəyanat verilməli deyil, Qarabağ Azərbaycanın öz ərazisidir. Ora Ermənistan rəsmilərinin bizim icazəmiz olmadan giriş-çıxışı Azərbaycana qarşı yönəlmiş addımdır. Müdafiə Nazirliyi əvvəllər də belə bəyanatlar səsləndirib. Lakin biz heç bir tədbir görmədiyimiz üçün onlar cəsarətlənirlər. Artıq real tədbirlərin görülməsi vaxtıdır. Onun səfəri barədə Müdafiə Nazirliyi öncədən xəbər tutmalı idi və onun gəlişinin qarşısını almaq üçün tədbirlər görməli idi. Bizim MN-nin yaydığı bəyanat: “Ermənistan Müdafiə naziri gəlir, görüşlər keçirir, iki gecə də qalır Qarabağda, sonra qayıdıb gedir, bir də təkrar gələrsə, tədbir görəcəyik” – kimi səslənir. Bu, əfsanə bir bəyanatdır və bunun heç bir təsiri də ola bilməz”.

Ermənistan müdafiə nazirinin Xankəndiyə qanunsuz səfəri zamanı Müdafiə Nazirliyinin görəcəyi hərbi tədbirlərin Rusiya tərəfindən və xüsusilə bölgədə xidmət aparan sülhməramlılar tərəfindən necə qarşılanacağına da hərbi ekspert fikir bildirib: “Bizim ərazilərimizdə baş verən proseslər zatən Rusiyanın məsuliyyətsizliyindən baş verib. Sülhməramlılar məsələyə necə müdaxilə edə bilər? Zatən müharibə zamanı müdaxilə etdilər, nə əldə edə bildilər? Müdafiə Nazirliyinin bəyanatı gecikmiş bəyanatdır. Bu bəyanatlar əvvəl də səsləndirilmişdi, indi isə tədbir görülməli idi. Hətta onun gəlişini əngəlləmək lazım idi. Gəldikdə, yolda saxlanılmalı idi, Bakıya gətirilməli idi həmin o Arşak. Əvvəlki bəyanatlardan nəticə çıxarmayan bu adam indi ya məhv edilməli, ya da saxlanılaraq Bakıya gətirilməli idi. Onda başqalarına da dərs olardı. Bəyanatla həll olunmur ki. “Allahu əkbər”lə donuz darıdan çıxmır”,– deyə hərbi ekspert Ədalət Verdiyev baş vermiş hadisəyə qarşı öz mövqeyini ifadə edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »