Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə bina çöküb, xəsarət alanlar var
Türkiyədə bina çöküb, xəsarət alanlar var

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

"Report" xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, dağıntılar altından 11 nəfər yaralı halda çıxarılıb.

Malatya Jurnalistlər Cəmiyyətinin sədr müavini Mikayıl Pelik bildirib ki, binanın birinci mərtəbəsində restoran, yuxarıda isə qəhvəxana yerləşir.

İnönü küçəsində yerləşən köhnə tikilinin naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »