Bizimyol.info-nun məlumatına görə, bunu jurnalist Pərvanə İbrahimova özünün facebook hesabında bildirib.
Onun sözlərinə görə, sakinlərin maddi imkanları ilə düzəldilmiş uşaq oyun ərazisinin niyə bu günə salındığını öyrənmək üçün Rayon İcra Hakimiyyətinin əlaqə nömrələrinə gün ərzində dəfələrlə zəng ediblər.
“Lakin sakinlərin telefonunu qaldıran olmayıb, ərazi mənzil idarəsindən isə katibə xanım idarədə səlahiyyətli heç kimin olmadığını bildirib”.