Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert Ermənistanı revanşizm cəhdlərindən əl çəkməyə çağırıb
Rusiyalı ekspert Ermənistanı revanşizm cəhdlərindən əl çəkməyə çağırıb

“Azərbaycanın təqviminə əsrlər boyu qeyd ediləcək yeni və çox ciddi tarix daxil oldu. Azərbaycan ciddi iş görüb və hadisələrin dinc yolla cərəyan etməsinə köklənib”.

Bunu Rusiya bürosuna açıqlamasında siyasi ekspert Qriqori Trofimçuk bildirib.

Onun fikrincə, Azərbaycan Ordusu keçmiş sovet məkanında ilk dəfə olaraq özünü tam şəkildə nümayiş etdirib: “İndiyədək çoxlu sayda hərbi təlimlərin şahidi olmuşduq, amma ordu vasitəsilə hansısa ciddi məsələsinin həll edilməsi olmamışdı”.

Q.Trofimçuk Azərbaycanın vaxtilə müharibəyə köklənmədiyini, lakin onilliklər ərzində məsələni başqa cür həll etməyin mümkün olmadığını qeyd edib.

Rusiya-Azərbaycan əməkdaşlığını şərh edərkən ekspert rəsmi Bakının əvvəldən Moskvanın dəstəyini hiss etdiyini bildirib: “İndi biz bütün tərəflərin məsələnin sülh yolu ilə həllində maraqlı olduğuna ümid edirik. Bu məsələdə heç bir revanşizm olmamalıdır. Birlikdə çalışacağıq ki, region dinc şəkildə inkişaf etsin”.(report)

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »