Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın kolbasa məhsulları heyvanlar üçün də zərərlidir
Azərbaycanın kolbasa məhsulları heyvanlar üçün də zərərlidir

Küçə heyvanları, xüsusilə pişiklər hər zaman ac olduqları üçün nə olsa, yeyir. Ancaq bu heyvanlara hər qidanı vermək onların sağlamlığına mənfi istiqamətdə təsir edə bilər.

Kolbasa və sosiskaların içində çürük ət parçaları, quyruq yağı, qığırdaqlar, tüklər və s. digər maddələr yalnız insanlar üçün deyil, heyvanlar üçün də belə zərərlidir. Çox çeşidli proseslərdən keçən bu qidalar homogen olaraq paketlənərək satılır. Tərkibində zərərli ət məhsulları olan kobasa və sosislərdə yüksək səviyyədə soya və ədviyyat var. Belə qidalar, hətta pişiklərin pəhrizinə belə uyğun olmaya bilər. Bu qidalar mədə pozuntuları ilə yanaşı, bir çox problemlərə yol aça bilər. Kolbasa və sosislərin tərkibində nitrat çox olur. Nitratı uzun müddət qəbul edən zaman isə xərçəng riski artır.

Elsevər Fərzəliyev Elsevər Fərzəliyev

Qida eksperti Elsevər Əliyevin sözlərinə görə, kolbasa, sosislərin təhlükəlilik səviyyəsi onların hazırlanma qaydası ilə əlaqəlidir. Bu məhsullar; daxili yağlar, sinirlər, sinirlərin ətrafında olan ət parçaları, quyruq yağı, ağciyərlər və s. qarışdırılaraq hazırlanır: "Kolbasanın yumşaq olması üçün ağciyərlər çox önəmlidir. Kolbasa və sosiskalara heyvanların müxtəlif artıq yerləri də qatılır. Məsələn; "nuget" adlandıran və toyuq ətindən hazırlanan bu yemək toyuğun müxtəlif yerlərindən - qığırdaqları, dərisi və sinə tərəfində olan ətlərdən hazırlanır. "Nuget"lərin tərkibində dad verməsi üçün ədviyyat xüsusiyyəti daşıyan dənəciklər var".

Əgər bir kiloqram sosiskanı və kolbasanı 1 kiloqram ətdən ucuz ala bilirsinizsə, bu zaman ikinci dəfə düşünməlisiniz. Sosiska, kolbasa və bu tip məhsullara dadını yaxşılaşdırmaq üçün soğan, sarımsaq və müxtəlif ədviyyatlar vurulur. Mikrobların yaranmasının qarşısını almaq üçün də nitrit, nitrat və asılılıq yaradan digər maddələr əlavə edilir.

Quyruq yağı və daxili yağlar bədən istiliyində əriyən yağlar deyil. Bu yağlar insan sağlamlığı üçün təhlükəlidir. Bu məhsullar səbəbilə, bədəndə alınan yağlar, damar tıxanıqlığı və ürək-damar xəstəliklərinə yol açır. Sosiska, kolbasa kimi məhsullar uşaqlarda erkən yeniyetməlik, görmə qabiliyyətinin zəifləməsi, psixoloji pozuntulara, köklüyə, qadınlarda süd vəzisi xərçənginə və ürək-damar xəstəliklərinə səbəb olur.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »