Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı onunla birlikdə həbsdə olan azərbaycanlı haqda yazdı
Navalnı onunla birlikdə həbsdə olan azərbaycanlı haqda yazdı

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Pokrov şəhərindəki islah müəssisəsində böyük psixoloji işgəncə ilə üzləşir. Bunu orada siyasətçi ilə birlikdə həbs həyatı yaşayan azərbaycanlı da təsdiq edib. Nəriman Osmanov həqiqətləri danışmaqla bütün Rusiyaya səs salıb.

Bizimyol.info xəbər verir ki, Aleksey Navalnı azərbaycanlı qəhrəmanı unutmayıb, onun haqqında yazıb. Müxalifət lideri Nərimanın ona ilk imkandaca yaxınlaşdığını qeyd edib.

“Məni “zona” aparandan sonra ilk günlərin birində ucqar küncdə tək qaldığım anlarda yanıma bir qafqazlı gəldi. Lövhəcikdə “Nəriman Osmanov” yazılmışdı.

- Dağıstan? - mən soruşuram.

- Demək olar ki - gülümsəyir. - Azərbaycandan olan avar.

Sonra üzünü çevirir, uzaqlaşır, elə bil söhbəti bitirmişik və başqa səmtə baxaraq - lap casus filmlərindəki kimi, - deyir: “Ətrafınızda ancaq “keçilər” var (bunlar idarəyə işləyənlərdir - Navalnı) və xəbər çatdıranlar. Atdığınız hər addım qeyd olunur. Heç bir sözə inanmayın. Ucadan “hə” desəm də, bu, “yox” deməkdir və əksinə. Və getdi”.

Aleksey Navalnı Nəriman Osmanovun cəsurluğuna heyran qalıb. Dərhal düşünüb ki, azərbaycanlı özünü riskə atır. Sonradan vəkilindən xəbər tutub ki, Nəriman və bir neçə başqa keçmiş məhbəs yoldaşı “Dojd” telekanalına həqiqətləri danışıb.

Navalnı yazıb ki, həbsxanada bərbəri məhz onunla söhbətə görə möhkəm döyüblər. Siyasətçi cəmi bir neçə kəlmə kəsdiklərini bildirir. Amma sonradan bərbəri yoxa çıxarıblar.

Müxalifətçi Pokrov islah müəssisəsində həbsxana içində həbsxana yaşadığını yazıb. Buna baxmayaraq, Navalnı ruhdan düşmək lazım gəlmədiyini qeyd edib: “Mənə görə narahat olmayın. Hər şeyin öhdəsindən gələcəyəm”.

Yazının sonunda Navalnı yenə azərbaycanlını xatırlayıb. Nərimanın bir dəfə gizlicə göz vurması belə, siyasətçiyə böyük güc verirmiş. Navalnı aclığın ən ağır dönəmlərində həmin jestə xüsusi ehtiyac duyduğunu vurğulayıb: “Çox sağ ol, qardaş”.

Nəriman Osmanov müsahibəsində Aleksey Navalnıya necə işgəncə verilməsindən danışmışdı. Onun əsəblərini korlamağa, psixoloji cəhətdən sıradan çıxarmağa çalışırlar. Nəriman “onu “sındırmaq” istəyirlər” ifadəsini işlətmişdi.

Navalnının yazısının rəy bölümündə siyasətçinin tərəfdarları azərbaycanlı haqda yüksək fikir yazıblar. Ona yüzlərlə rəydə təşəkkür ediblər.

Nəriman Osmanovun Rusiyanı tərk etdiyi, amma Azərbaycana qayıtmadığı bildirilir. Onun Gürcüstana getməsi barədə məlumat var.

Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »