Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərdə mikroplastik təhlükəsi: Bu, ölümcüldür
Evlərdə mikroplastik təhlükəsi: Bu, ölümcüldür

Plastik əşyalardan istifadə insan həyatında geniş yayılıb. Hətta İngiltərədə aparılan yeni bir araşdırmanın nəticəsinə görə, hər gün 7000 plastik hissəciklə nəfəs aldığımız məlum olub. Bu rəqəm bu günə qədər bilinən və təxmin ediləndən 100 dəfə çoxdur.

Bizimyol.info xəbər verir ki, araşdırmalarda ən çox plastic hissəcik uşaq otaqlarında tapılıb. Bildirilib ki, otaqlardakı xalçalar, çarpayılar və oyuncaqlar hamısı sintetik materiallardan olub.

Böyük Britaniyada tənəffüs xəstəlikləri üzrə mütəxəssis, professor Anoop Chauhan mikroplastiklərin siqaret çəkmək kimi insan sağlamlığına çoxsaylı zərərləri olduğunu bildirib.

"Bu hissəciklərin bədəninizdə olması stressə, maddələr mübadiləsində dəyişikliklərə səbəb ola, toxunulmazlığı, infeksiyalarla mübarizə qabiliyyətini azalda, reproduktiv qabiliyyətə təsir edə və potensial kanserogen ola bilər",-deyə bildirib.

Bundan əvvəl qida saxlama qabları, şampun, makyaj, ətir və uşaq oyuncaqları kimi yüzlərlə istehlak məhsulunun tərkibində olan ftalat adlı sintetik kimyəvi maddələrin ölümcül olduğu üzə çıxıb.

Leyla, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransa ilə İngiltərə arasında gərginlik artır
Son xəbərlər
Bütün xəbərlər »