Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada yeni epidemiya panikası
Avropada yeni epidemiya panikası

Dünyanın nəzərinin koronavirusda olduğu bir vaxtda, bəzi ölkələrdə yeni epidemiya yayılmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı H5N1 adlı quş qripinin Polşada epidemiyaya çevrildiyini açıqlayıb. Agentlik, quş qripinin təqribən 650.000 quşun olduğu istehsal müəssisələrinə təsir etdiyini açıqlayıb. Epidemiyanın beş fərqli nöqtədə başladığını qeyd edən səlahiyyətlilər, onlardan dördünün hinduşka fermalarında, digərinin isə toyuq fermalarında baş verdiyini vurğulayıblar.

Polşadakı səlahiyyətlilərlə daim təmasda olduqlarını bildirən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı, ölkənin qərb və şərqindəki nöqtələrdə də yoluxmaların aşkar edildiyini açıqlayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »