Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda gərginlik artır - Müxalifər davamlı mitinq edəcəyini bildirib
Gürcüstanda gərginlik artır - Müxalifər davamlı mitinq edəcəyini bildirib

Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VMH) minlərlə tərəfdarı Tbilisidə Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə hadisə yerindən "sputnikgeorgia"məlumat verib.

Bildirilir ki, etirazçıların əsas tələbləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmasıdır, onun mülki klinikaya keçməsi, həmçinin növbədənkənar seçkilərin təyin edilməsidir.

“Hər gün müxtəlif yerlərdə, müxtəlif nazirliklərin qarşısında aksiyalar keçiriləcək. Hərəkət - Mixail Saakaşvilinin təhlükəsizliyi təmin olunana qədər davam edəcək”, - deyə VMH sədri Nika Melia bildirib.

Müxalifət liderləri də Saakaşvilinin həbsxana xəstəxanasına köçürülməsi ilə bağlı onun izahatını şəxsən eşitmək üçün ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edirlər.

Nazirliyin girişinə əlavə polis qüvvələri cəlb edilib.

Ötən gecə Saakaşvili Rustavidəki 12 saylı həbsxanadan Tbilisinin kənarındakı Qldanidəki 18 saylı cəzaçəkmə müəssisəsinin həbsxana xəstəxanasına köçürülüb. Ədliyyə Nazirliyinin rəhbəri bu köçürmənin 40 gündür aclıq aksiyası keçirən eks-prezidentin sağlamlığı ilə bağlı narahat olduqları üçün həyata kçirdiklərini bildirib.

Saakaşvilinin mülki xəstəxanaya köçürülməsində israrlı olan müxalifət onun həbsxana xəstəxanasına köçürülməsini qanunsuz hesab edir və gündəlik etiraz aksiyaları keçirməyi planlaşdırır.

Ötən gün etirazçıların bir hissəsi bütün gecəni Tbilisinin mərkəzindəki Azadlıq meydanında qalıb, bir qismi isə gecəni hökumət administrasiyasının binası önündə keçib. Aksiyada vəziyyət gərginləşib. Polis etirazçıları hökumət administrasiyası binasından uzaqlaşdırmağa başlayıb. Səhər saatlarında etiraz hərəkatının iştirakçıları yenidən Ədliyyə Nazirliyinin binasının yaxınlığında toplaşıblar.

Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »