Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbə yataqxanalarının tikilməsi niyə yubadılır...
Tələbə yataqxanalarının tikilməsi niyə yubadılır...

Bakıda hər zaman tələbə yataqxanaları çatışmazlığı müşahidə edilib. Məhz bu səbəbdəndir ki, bölgələrdən Bakıya təhsil almaq üçün gələn tələbələr, paytaxtda ucuz kirayə mənzillərə üstünlük verirlər. Ucuz kirayə mənzil də tapmaq çətindir.

İki ildən çoxdur ki, davam edən pandemiya paytaxtda kirayə mənzillərin də qiymətinə təsir edib. İndi Bakıda ucuz kirayə mənzil dedikdə 350-400 manata kirayə verilən evlər nəzərdə tutulur ki, bu da deyildiyi kimi ucuz deyil. Universitetlərin yataqxanaları isə, tələbələrə çatmır. Məsələn;

  • Tibb Universitetinin 4 yataqxanası var. Biri təmirdə olduğu üçün hazırda 3-də tələbələr qalır. Burada qiymətlər 60-90 manat arasında dəyişir.

    Müharibə iştirakçılarının, qazi və şəhid övladlarına üstünlük verilir, onlar üçün ödəniş tələb edilmir.

  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası isə, əcnəbilər üçün nəzərdə tutulub. Burada otağın qiyməti 100 manatdır, amma otaqda neçə nəfər qalırsa, həmin pulu aralarında bölə bilirlər. Yataqxana 320 nəfərlikdir.
  • Pedaqoji universitetin yataqxaansı isə, 244 nəfərlikdir. Qiymət, burada 70 manatdır.

Göründüyü kimi yataqxanalarda qiymətlər münasibdir. Amma yerlər, yetərli qədər deyil.

Ötən il tədris onlayn şəkildə aparıldı, bu il təhsilin əyani aparılacağı sentyabr ayında açıqlandığı üçün, tələbələr arasında bir qədər çaşqınlıq yaranmışdı. Adətən tələbələr, avqust ayından Bakıya gəlir və uyğun evlər tapıb yerləşirdilər. Bu il isə, onlar üçün çox ciddi çətinliklər yarandı. Tələbələrin əksəriyyəti, şəhərkənarı ərazilərdə evlər tutdu. Və şəhər mərkəzində evlərdə də əgər əvvəllər bir mənzildə 2-3 nəfər qalırdısa, indi 5-6 tələbə qalmalı olur. Çünki həm kirayə mənzillərin sayı məhduddur, həm də qiymətlər bahadır.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, tələbələr hər il bu problemləri müxtəlif formada yaşayır: "1990-cı illərdə birinci Qarabağ müharibəsi başlayanda məcburi köçkünlər müəyyən obyektlərə, eyni zamanda tələbə yataqxanalarına sığınmalı oldular. Yaxın illərə qədər köçkünlər həmin yataqxanalarda qalırdı. Artıq bir neçə ildir ki, dövlət başçısının tapşırığına əsasən məcburi köçkünlər üçün kompleks şəkildə binalar tikilir, onlar evlə təmin edilirlər. Və demək olar ki tələbə yataqxanalarında qalan məcburi köçkünlərimizin çox böyük əksəriyyəti, artıq dövlət tərəfindən mənzillə təmin edilib. Artıq 1 ildir ki, düşmən işğalı altında olan torpaqlarımız işğaldan azad edilib. Tikinti-bərpa işlərinə də yavaş-yavaş başlanılıb. Yəqin ki, bir neçə ildən sonra məcburi köçkünlərin öz yurd-yuvasına köçürülmə prosesi başlayacaq".

Ekspert qeyd edir ki, bu gün paytaxtda mənzillərin baha olmasının səbəbi, çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin az və bahalı olması ilə əlaqəlidir. Bu gün tələbə yataqxanalarının vəziyyəti yaşamaq üçün uyğun olmasa da, onların yerləşdiyi torpaq sahələrində yeni yataqxanalar tikmək olar.

"Yataqxanalar daha əvvəlki kimi 5 mərtəbədən ibarət deyil, 10 və daha çoxmərtəbəli yataqxanalar tikilib tələbələrə aşağı qiymətə kirayə verilə bilər. Bu zaman həm tələbələrin problemləri həllini tapar, həm də paytaxtda kirayə qiymərlərində bir qədər ucuzlaşma müşahidə edilə bilər. Çünki hər il bölgələrdən paytaxta minlərlə tələbə gəlir və tələbələrin gəlməsi minlərlə kirayə mənzilin tutulması deməkdir. Bu da təbii ki, kirayə mənzillərin qiymətinin atmasına səbəb olur",- deyən ekspert hesab edir ki, bu yataqxanalardan əldə edilən gəlirlə 5 il ərzində binanın tikintisinə çəkilən xərc əldə edilə bilər.

Ancaq görünən odur ki, hələ tələbələr üçün yataqxanalar tikilmə məsələsi gündəmdə deyil. Bu səbəbdən də hələ uzun illər Bakıda mənzil qıtlığı, kirayə mənzillərin baha olması və digər yataqxana problemləri yaşanmağa davam edəcək.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »