Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizimyol.info xəbər verir ki, Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağın rəngləri ilə işıqlandırılıb.
Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək sözləri” əks olunub.