Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili həbsxana işçilərini təhqirlər edib
Saakaşvili həbsxana işçilərini təhqirlər edib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxana xəstəxanasına gələrkən müəssisənin əməkdaşlarını təhqir edib.

Bizimyol.info xəbər verir ki, bunu ölkə mətbuatına Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Xüsusi Penitensiar Xidmət məhkum Saakaşvilinin Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindən 18 saylı təqsirləndirilən və məhkum olunmuş şəxslər üçün tibb müəssisəsinə köçürülməsi barədə məlumat yayıb. Bəyanatda qeyd edildiyi kimi, bu köçürmə məhkumun həyati təhlükənin yaranmaması üçün və səhhətinin ağırlaşmanın qarşısını almaq məqsədi ilə edilib.

“Saakşavili 18 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndə təəssüf ki, 24 saat ərzində ölkənin təhlükəsizliyi və hər bir məhbusun hüquqlarının müdafiəsi ilə məşğul olan işçilərimizə qarşı fiziki təzyiq və təhqir edib. Əməkdaşlarımıza qarşı bu cür davranışın müvafiq hüquqi cavabı olacaq, indi biz bu faktı öyrənirik”, - deyə Breqadze “İmedi” telekanalının efirində deyib.

Nazir qeyd edib ki, Saakaşvili həbsxanada ona göstərilən tibbi yardımın əhəmiyyətli hissəsindən imtina edib, ona görə də həbsxana xəstəxanasına köçürülüb.

"Məhkumun başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qəbul etdiyimiz istənilən qərar onun təhlükəsizlik və sağlamlıq vəziyyətinə əsaslanır. Saakaşvili onun müalicəsinin əhəmiyyətli hissəsindən imtina edib və onun səhhətinin pisləşməsi riski artıb. Sağlamlığının vəziyyəti pisləşdiyi üçün belə bir qərar verilib.” – deyə ədliyyə naziri bildirib.

Gürcüstan hakimiyyəti uzun müddətdir ki, Saakaşvilini Qldanidəki 18 saylı həbsxanadakı penitensiar xəstəxanaya köçürməyi təklif edir.

Lakin siyasətçinin özü və vəkilləri həbsxana xəstəxanasının onun təhlükəsizliyini təmin edə bilməyəcəyini izah edərək, onun özəl həbsxanaya yerləşdirilməsini tələb ediblər.

Mixail Saakaşvili həbsinə etiraz olaraq oktyabrın 1-də aclıq aksiyasına başlayıb.

Onun şəxsi həkimi Nikoloz Kipşidzenin sözlərinə görə, aclıq aksiyasının 39-cu günündə onun vəziyyəti kritik həddə yaxındır.

Saakaşvili təcili yardımla Qldan həbsxanasının xəstəxanasına aparılıb, Gürcüstanın Xalq Müdafiəçisinin sözçüsü bildirib. Onun sözlərinə görə, Saakaşvili müqavimət göstərdiyi üçün onu zorla maşından çıxarıblar. Eks-prezident hazırda ayrıca palatadadır.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »