Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əslində bu maddələr qadağan edilməlidir"
"Əslində bu maddələr qadağan edilməlidir"

Danimarka Texniki universitetində keçirilən bir təcrübədə, gündəlik həyatımızda istifadə etdiyimiz məhsulların içində olan 13 fərqli kimyəvi maddə, hamilə siçanların üzərində yoxlanılıb. Təcrübənin sonunda plastik məhsulların tərkibində olan ftalat və bisfenol kimi kimyəvi maddələrdən hazırlanmış kokteyl verilmiş hamilə siçanlardan doğulan erkək siçanların, dişilik xüsusiyyətləri göstərdiyi müşahidə edilib.

Qeyd edək ki, ostrogen kimi davranan və hormona bənzər xüsusiyyətləri olan mayeləşdirici olaraq tanınan ftalatlar; sabun, şampun, saç spreyləri və s. fərdi baxım məhsullarının tərkibində var. Eyni maddələrin insanlar üzərində təsirləri də öyrənilib. Bu maddələrin hormonal dəyişikliklərə səbəb olmayacağına kim zəmanət verə bilər?

Mütəxəssislər qeyd edir ki, makiyaj vasitələri, ətirlər, oyuncaqlar, xalçalar və s. - demək olar ki, hər şeyin tərkibində ftalat var. Bu maddə; hormonal sistemi pozur, inkişaf problemlərinə yol açır. Həmçinin; ürək xəstəlikləri, qısırlıq, köklük və şəkər xəstəliklərinə də səbəb olur.

Həkim terapevt Xatirə Əhmədova Bizimyol.info saytına bildirib ki, ən yüksək ftalat səviyyəsinə sahib olan şəxslər hərhansı bir səbəbdən, xüsusilə kardiovaksulyar xəstəliklərdən dünyasını daha tez dəyişir. Mütəxəssislər hesab edir ki, ftalat, 10 il müddətində öz təsirini göstərir.

"Hormon sistemini pozan maddələr - yəni ftalatlar, bədənin endokrin sisteminə hormon istehsal edən mezanizminə hücum edir. Bu zaman inkişaf, beyin, immun sistemlərdə ciddi problemlər yaranır. Ftalat uşaqların beyninə də təsir edir. Bu maddələr; oğlan uşaqlarında genital problemlər, kişilərdə sperma sayının az olması və testosteron səviyyəsinin azalması kimi problemlərlə nəticələnir. Əslində bu maddələr qadağan edilməlidir. Amma təəssüf ki, bütün ölkələrdə bu maddələrdən istifadə edilir. Unutmamalıyıq ki, bu maddələr, daha çox uşaqların sağlamlığına təsir edir" - deyə həkim bilidirb.

Bu səbəbdən də şampun, sabun, uşaq oyuncaqları və s. alarkən tərkibinə diqqət yetirmək lazımdır. Tərkibində plastik və hormon pozan maddələr olan məhsullardan uzaq durmaq vacibdir.

Qeyd edək ki, ftalat, plastiki daha elastik hala gətirmək üçün istifadə edilir.

Özümüzü zərərli maddələrdən necə qoruyaq?

  • Plastik məhsullardan uzaq durun.
  • Plastik qabları, mikrodalğalı sobaya və ya qabyuyan maşına qoymaq olmaz.
  • Hazır yeməklərə üstünlük verməyin, özünüz yemək hazırlayın.
  • Qoxusu olmayan losyon və yuyucu tozlarından istifadə edin.
  • Qida məhsullarını saxlamaq üçün şüşə, paslanmayan dəmir, keramik qablardan istifadə edin.
  • Kimyəvi maddələrin təsir etməməsi üçün əllərinizi tez-tez yuyun.

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »