“Başda Prezident, qardaşım İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımızı bir daha beynəlxalq ictimaiyyət qarşısında 30 ilə yaxın davam edən işğala son qoymuş qələbəsi münasibətilə təbrik edirik. Qarabağa və Azərbaycan torpaqlarına ədalətsiz, qanunsuz və əxlaqsız hücumlar qarşısında susanlar bölgədə baş verən faciənin əsas məsuliyyətini daşıyırlar”.
“Report” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.
"Şüurlu şəkildə silahlandıran və həvəsləndirilən Ermənistan əvvəllər də atəşkəsi pozub. Bu dəfə Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı daha güclü dəstəklədik. Münaqişələr davam edərkən elan olunmuş bütün atəşkəs rejimini pozan Ermənistan azərbaycanlı qardaşlarımızın şücaəti və qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradı", - Prezident vurulayıb.