Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni dərman vasitəsinin qiyməti təsdiqləndi – SİYAHI
derman
Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Bizimyol.info bildirir ki, Tarif Şurasından verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.

Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixləri göstərilməklə tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən 70-dən artıq ölkədə fəaliyyət göstərən 1000-ə yaxın müəssisənin istehsalı olan dərman vasitələri dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin idxalı 50-dən çox fəal idxalçı tərəfindən həyata keçirilir. Yeni dərman vasitələri dövlət qeydiyyatına alındıqca prosesin davamı olaraq həmin dərman vasitələri üzrə qiymət tənzimlənməsi aparılır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesində aydın və şəffaf mexanizm tətbiq edilməklə optimal qiymət, yəni əhalinin dərman vasitələri ilə etibarlı təchizatının mümkün olduğu minimal qiymət siyasəti həyata keçirilir və digər ölkələrlə müqayisədə Azərbaycan dərman vasitələri ilə bağlı qiymət tənzimlənməsi sahəsində ən stabil qiymət siyasəti həyata keçirən ölkədir.

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »