Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizimyol.info-nun məlumatına görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik etdi, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırdı. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət dilədi.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğuladı ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.

Dövlətimiz başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.

Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd etdilər.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edildi.

Paylaş »
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Azərbaycanda 11 yaşlı qardaş 14 yaşlı qardaşını qətlə yetirdi
››› Yuxuda günəş, ay və işıq görmüsünüzsə, qarşıda nələr gözlənilir - Yuxuyozma
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »