Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xavi rəsmən "Barselona"nın baş məşqçisi oldu
Xavi rəsmən "Barselona"nın baş məşqçisi oldu

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi twiter hesabında məlumat verilib.

Bildirilir ki, təqdimat "Camp Nou" stadionunda baş tutub. Xavi Ernandesi "Barselona" klubu ilə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Mərasimdə 41 yaşlı ispan məşqçinin həyat yoldaşı, uşaqları, atası və dostları da iştirak edib.

Xavi mətbuata verdiyi açıqlamada: "Bura özümü məşqçi kimi hazır hiss edərək gəldim.  Mən təzyiq altında olan, imkanlar yaradan, topa sahib olan, aparıcı olan "Barça" istəyirəm" Yenidən qazanacağımız çox şey var.

Çətin vaxtlar olacaq, amma biz həmrəy olmalıyıq və bir həfə vurmalıyıq.

"Barça" hər çempionatda kubok qazanmaq istəyini bərpa etməlidir. Klubu tanımaq mənim üçün üstünlükdür”.

Qeyd edək ki, 2015 - 2019-cu illərdə Qətər "Əl-Sədd"ində oynayan keçmiş yarımmüdafiəçi 2019-cu ildə həmin komandanın baş məşqçi təyin olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »