Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Miqrantlar Polşaya keçid məntəqəsindən yox, meşədən keçirlər - Video
Miqrantlar Polşaya keçid məntəqəsindən yox, meşədən keçirlər - Video

"Belarusun təhlükəsizlik qüvvələri bir neçə minlik miqrantdan ibarət karvanın Polşa ilə keçid məntəqəsinə yox, “yaşıl” sərhədə göndərir".

Bizimyol.info xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin sözçüsü "RİA Novosti"yə bildirib.

"Bizim əldə etdiyimiz məlumata görə, bir neçə min insan Polşa sərhədinə doğru gedir. Eyni zamanda, aldığımız son məlumatlarda Belarus xüsusi xidmətləri onları Kuznitsadakı sərhəd keçidinə deyil, sərhəddə yaşıllıq zolağı olan meşə istiqamətinə yönləndirirlər. Yəqin ki, onlara dövlət sərhədini qanunsuz keçməyi təlin edirlər”, - deyə o əlavə edib.

Bundan əvvəl Polşa xüsusi xidmət orqanlarının naziri-koordinatorunun mətbuat katibi Stanislav Jarin bildirib ki, Belarus Polşaya böyük miqdarda qanunsuz miqrant transferi hazırlayır. O, Belarus tərəfdən bir neçə yüz nəfərdən ibarət qrupunun yol boyu necə getdiyini göstərən video çəkilib. Onların arasında qadınlar və uşaqlar da var.

Həmçinin bir müddət əvvəl Polşa Ərazi Müdafiə Qüvvələrinin 1-ci, 2-ci, 4-cü briqadalarının əsgərlərinin döyüş hazırlığına gətirildiyi bildirilib. Polşanın milli müdafiə naziri Mariuş Blaşçak da öz növbəsində Polşa ordusunun sərhəddəki əsgərlərinin sayının 12 minə çatdırıldığını bildirib.

Bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qeyri-qanuni miqrantların sayının artdığını bildiriblər.

Minsk bütün ittihamları rədd edir. Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Minsk bundan sonra Aİ ölkələrinə qanunsuz miqrant axınının qarşısını almayacaq: “Qərbin sanksiyalarına görə bunun üçün nə pul, nə də enerji var. Belarus sərhədçiləri Litva, Polşa və Latviya tərəfindən miqrantların Belarus ərazisinə zorla qovulması barədə dəfələrlə bəyan verib”.

Polşa sərhədçiləri Belarus-Polşa sərhədində Əfqanıstandan olan qaçqın düşərgəsini nəzarətdə saxlayır.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib. Sərhədin mühafizəsinə əlavə ordu və polis qüvvələri cəlb edilib.

Son məlumatlara görə, bu ilin əvvəlindən 30 mindən çox insan Belarusdan qanunsuz yollarla Polşaya keçməyə cəhd edib.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »