Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidenti İlham Əliyev Şuşada nazir Hulusi Akarı qəbul edib
Prezidenti İlham Əliyev Şuşada nazir Hulusi Akarı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada milli müdafiə naziri Hulusi Akar və onu müşayiət edən TSQ komandanlığını qəbul edib.

Bizimyol.info xəbər verir ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı general Hasan Küçükakyüz 8 Noyabr Zəfər Gününü qeyd etmək üçün gəldiyi Azərbaycanda təmaslarını davam etdirir.

Səhər saatlarında Şuşaya gələn Akar və TSQ komandanlığı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun da iştirak etdiyi görüşdə H.Akar İlham Əliyevə və qardaş Azərbaycan xalqına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  8 Noyabr Zəfər Bayramı münasibətilə  təbriklərini çatdırıb.

Görüşdə həmçinin bildirilib ki, Akar Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın “Bir millət, iki dövlət” anlayışı ilə getdikcə daha da artaraq davam edəcəyini, Türkiyənin dünən olduğu kimi bu gün və sabah da qardaş Azərbaycanın haqlı davasının yanında olacağını bildirib.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »