Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmlərin mistikasına inananlar üçün: Təvəllüdünü de, kim olduğunu öyrən...
Rəqəmlərin mistikasına inananlar üçün: Təvəllüdünü de, kim olduğunu öyrən...

Deyirlər hər kəsin taleyi öz əlindədir. Hər kəsin öz taleyi öz əlindədirsə, alın yazısı nədir? Və yaxud hər şey Allahın istəyi ilə olur deyə qəbul ediriksə, taleyimiz necə əlimizdə ola bilər?

Əziz oxucular, Bizimyol.info saytı olaraq bu dəfə sizə qismət, qədər, alın yazısı ilə bağlı maraqlı məlumat hazırlamışıq. Verdiyimiz məlumatlar həyatınıza minimum da olsa faydalı ola bilər.

Sizə bu dəfə ay, il və gündən yararlanaraq bir şəxsin xarakter və qədər xəttini tapmağı öyrədəcəyik.

Başlayırıq: Doğum gününüzü, ayını və ilini rəqəm olaraq yazıb toplayın. Sonra əldə etdiyiniz rəqəmləri toplayın və bu toplamanı tək rəqəm əldə edənə qədər davam etdirin. Alınan rəqəm 1-dən 9-a qədər olan bir rəqəm olacaq.

Məsələn: 7 iyul 1990

  • Ay - iyul: 7
  • Gün: 7
  • İl: 1990

7 + 7 + 1990 = 2004.

Bu rəqəmlərin cəmi 2004 alındı. İndi rəqəmləri ayrılıqda toplayın.

2 + 0 + 0 + 4 = 6.

Yəni 07.07.1990-cı ildə doğulmuş insanın tale xətti 6-dır (aşağıda rəqəmlərlə bağlı şərhləri oxuyaraq şəxs haqqında məlumat ala bilərsiniz).

Əziz oxucular, bu rəqəmlərdə olan şərhlər, anadangəlmə qabiliyyət və xarakteri göstərir. Doğum günü, ayı və ili insana ölənə qədər təsir edir. Doğum tarixini dəyişmək mümkün olmadığı üçün alın yazısını da bununla müəyyən etmək olur. Amma bir detalı heç bir halda unutmayın: Tanrının iradəsi hər şeydən üstündür.

1. Liderliyə meyilli və aqressiv insanların həyat xətti bu rəqəmlə bağlıdır. Müsbət temperamentə malik olan bu şəxslər, başqasının nəzarəti altında işləməyi və yaxud yaşamağı sevməz. Lider olmaq istəyərlər. İdarə edilməkdənsə, idarə etməyə üstünlük verərlər. Eyni zamanda mübahisəni sevir, bu şəxslər. Məqsədinə çatmaq üçün bu şəxslər var gücü ilə çalışar. Pul qazanmaqla bağlı qeyri-adi fikirləri var. Ehtirasları həyatlarını istiqamətləndirir. Ətrafında olan şəxslər tərəfindən sevilən və sayılan bir insan olurlar. Mənfi istəkləri onları tələskən, davakar və ürək sındıran edər. Bu rəqəmin mənfi təsirindən tez qurtula bilərsiniz. Kosmik mirasınız olan bacarıqlarınız sayəsində həm özünüzü həm də ətrafınızdakıları xoşbəxt etməyi bacarırsınız.

Tövsiyə: Daxilinidən sizi incidən şübhələrə qulaq asmasanız, istəklərinizi ağlınızın süzgəcindən keçirmədən arxasınca qaçsanız, çətin vəziyyətə düşə bilərsiniz.

2. Bu rəqəm, dostluğu ifadə edir. Həyatınızın təməli əməkdaşlığa söykənib. Başqalarının planlarını həyata keçirib uğur əldə edə bilərsiniz. Davranışlarınız çox əhəmiyyətlidir. Çünki 2 rəqəmi dəyişiklik gətirir. Qərarsızsınız. Əməkdaşlığı çox inandığınız insanlarla edin. Hər vəziyyətə uyğunlaşa bilirsiniz. İncə, nəzakətli və yerini bilən olduğunuz üçün çox tez dost qazana bilirsiniz. Ancaq dostlarınızın sizdən sui istifadə emtəyinin qarşısını ala bilmək üçün hər zaman diqqətli olmalısınız. Planlarınız çoxdur. Ancaq onları reallaşdıra bilmək üçün mütləq köməyə ehtiyacınız var. Köməkçi seçərkən diqqətli olun. Çünki hər kəsi sizin kimi olmaya bilər. Hisslərinizə məğlub olmayın. Xarakteriniz dəyişməyə uyğun olduğu üçün hər an bir başqa cürsünüz.

Tövsiyə: Hər şeyi bacarmağa gücünüz var. Ancaq başqalarında çox öz işlərinizi düşünməyə çalışın.

3. Sənəti və qüdrətli olmağı ifadə edir. Güclü zəkaya sahibsiniz. İradəniz və hissləriniz güclüdür. Çox yaxşı bir sənətkar ola bilərsiniz. Həyatda faydalı işlər görməyin vacib olduğuna inandığınız üçün gizli qabiliyyətlərinizi istifadə edərək, xoşbəxt ola bilərsiniz. Hər şeyi tez öyrənə bilirsiniz. Ağlınıza gələni edirsiniz. Hər şeyi olduğu kimi qəbul etməyi bacarırsınız. Çox tez dost ola bilirsiniz. Əyləncəni sevirsiniz. Budaqdan-budağa qonmağı, bezdiyiniz hər şeyi buraxmağı bacarırsınız.

Tövsiyə: Qabiliyyətlərinizi dəyərləndirməyi öyrənsəniz yaxşı bir sənətkar, yaxşı bir yazıçı, yaxşı bir müəllim ola bilərsiniz. Tez-tez aşiq olursunuz. Eşqdə axtardığınız xoşbəxtliyi tapana qədər eşq axtararsınız. Həyatı bir qədər ciddiyə alın.

4. Səssizlik və sükunəti ifadə edir. 4 rəqəminin təsirində olanların həyatında ədalət, bərabərlik və səssizlik hakimdir. Dörd tərəfi bu xsüsusiyyətlərlə dolu olan bu şəxslər, xüsusiyyətlərindən kənara çıxmağı bacarmırlar. Təmkinli və ağır təbiətli olarlar. Çox dürüst insansınız. Məntiqli davranmağı bacarırsınız. Səbrlisiniz. İnkişafınızı və xoşbxtliyinizə təsir edən amillərdən qorunmağı öyrənməlisiniz. Mühafizəkar olmağınz uğrularınızın qarşısını alır. Düşünmədiyiniz bir dövrdə düşünmədiyiniz qazanc əldə edə bilərsiniz. Amma əliaçıq olduğunuz üçün maddi zərərlərə uğraya bilərsiniz. Bacarıqlı alim ola bilərsiniz. Çünki bir alimə məxsus bütün xüsusiyyətlərə maliksiniz.

Tövsiyə: Yeni fikirlərə önəm verin. Baxışlarınızı genişləndirin. Utanmağı buraxın.  Hər istədiyinizi əldə edə bilərsiniz.

5. Yazıçı və macəraçı olmağı ifadə edir. 5 rəqəminin təsiri altında olanlar üçün həyat sadəcə bir macəradır. Ürəyiniz həyəcan, ağlınız macəra ilə doludur. Dəyişkən təbiətlisiniz. Hər şeylə maraqlanmaq və azad olmaq istəyirsiniz. Düşdüyünüz çətin vəziyyətlərdən qurtulmağı bacarırsınız. Tez dost olar və hər şeyə rahat uyğunlaşa bilərsiniz. Öz dilinizi və xarici dilləri yaxşı şəkildə öyrənə bilərsiniz. Bacarıqlı bir yazıçı ola bilərsiniz. Həyatda hər şey əldə edə bilmək üçün heç bir maneəniz yoxdur.

Tövsiyə: Əzimli olun. Susmağı bacarın. Öyrənməyi və inanmağı ifadə edər.

6. Təbiəti və insanları sevirsiniz. Sevgi fəlsəfənizi hər kəsə qəbul etdirməyə çalışırsınız. Məqsədiniz başqalarına yardım etməkdir. Özünüzü çox düşünməzsiniz. Gözəllik və uyğunluq sizin ən böyük ehtirasınızdır. Gözəllik və nizamı əvvəlcə öz həyatınızda yaradar, sonra başqalarının həyatına yayamağa çalışarsınız. Əliniz açıqdır. Səmimi və dürüstsünüz. Ətrafınıza inam yayırsınız. Ehtiraslarınız yoxdur. Əlinizi uzatdığınız hər şeyi əldə edə bilirsiniz. Sənətdən, xüsusilə musiqidən zövq almağı bacarırsınız. Uğura çatmaq üçün yaxşı bir dosta ehtiyacınız var. Halbuki, özünüz də tək bacararsınız.

Tövsiyyə: Əvvəlcə özünüzü yaxşı tanıyın.

7. Mistika və əsararəngliyi ifadə edir. Xəyal dünyanız genişdir. Düşünmək və hər şeyin səbəbini axtarmağa həvəslisiniz. Dalğın və ağır təbiətlisiniz. Təkliyi sevirsiniz. Başqaları ilə sıx münasibətlərdən qaçırsınız. Uğura çatmaq istəyirsiniz. Bu istəyinizdən əl çəkib həyatdan zövq almağa çalışın. İnsanları sevər, hər kəsə yardım edərsiniz. İnsanları sizin qədər başa düşən çox azdır. Hər kəsdən hörmət və sevgi görürsünüz. Yaxşı müəllim, yaxşı lidersiniz. İstədiyiniz hər işi bacarırsınız. Xüsusilə, fəlsəfə sahəsində bacarıqlısınız. Çünki həyatın gizlilikləri sizə hava və su qədər lazımlıdır. Gözəl olan hər şeyi sevirsiniz.Sevdiklərinizin pis tərəflərini gördüyünüz zaman çox narahat olursunuz. Melanxoliksiniz, özünüzə tez qapanarsınız.

Tövsiyə: Sıxıntılı günlərinizdə mütləq bir dost tapın. Yaşamaqdan zövq alın. Həyat qısadır.

8. Səbrli və müvəffəqqiyyətli olmağı ifadə edir. Həyatda daima ön planda olmaq istəyirsiniz. Bu səbəblə də, yaxşı bacarıqlı bir adam ola bilərsiniz. Stresləriniz sizi yıxa biləcək qədər güclüdür. Realda siz özünüz bu stresi böyüdürsünüz. Hadisələri tərəfsiz olaraq görərsiniz. Buna görə də, hər kəs tərəfindən sevilirsiniz. Başqalarının məsləhətinə qulaq asmayıb macəra həvəsinə düşməsəniz, bacarıqlı olarsınız. Müvəffəqiyyət əldə edə bilmək üçün yorulmadan çalışmağı öyrənməlisiniz. Sizi sevən dostlarınızla əl-ələ verin, bütün çətinliklərin öhdəsindən gəlin və istəklərinizə sahib olun. Başqalarının enerji və qabiliyyətlərindən faydalanın.

Tövsiyə: Mərdsiniz və cəsursunuz, amma diqqətli olun. Məntiqsiz davranışlarla başınıza dərd almayın.

9. Metafizika və qüdrəti ifadə edir. Gizli olan hər şeyə marağınız var. Sənətdə bacarıqlı olub çoxuna təsir edə bilərsiniz. Hər şeyi yoxlamağı sevirsiniz. Eşqdə də eyni xətaya düşə bilərsiniz. Əliaçıq birisiniz, ailənizi və dostlarınızı sevirsiniz. Sevdiklərinizin səhvlərini bağışalmazsınız. Eqoistsiniz. Həyatın bütün zəncirlərini qoparıb istədiyiniz kimi yaşamaq istəyirsiniz. Hər şeyi itirmək bahasına olsa da, ağlınıza qoyduğunuz hər şeyi edərsiniz.

Tövsiyə: Pis və zərərli vərdişlərdən əl çəkin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »