Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 noyabr: Yeni tariximizin başladığı gün...
8 noyabr: Yeni tariximizin başladığı gün...

Ötən il Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr tarixli Fərmanı ilə il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Qismən səfərbərlik elan olunaraq, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edildi.

Hər kəs həyacanla hadisəıərin necə davam edəcəyini gözləyirdi. Hücumlar, itkilər, xəbərlər, ölkə başçısının tvitləri...

Hər kəs nəfəsinə içinə çəkib gözləyirdi. Gözləmək o qədər ağır və çətindir ki. Övladın, həyat yoldaşın, sevgilin cəbhədədirsə, bu gözlənti əsl işgəncəyə bərabərdir. Gözünə yuxu getmir, ürəyində bir narahatlıq var, nəfəs ala bilmirsən. Çünki bilirsən ki, hər an arzulamadığın xəbəri ala bilərsən.

Və beləcə başladı. İtkilərlə, qazanclarla. Minlərlə evə od düşdü, minlərlə qız-gəlin gənc yaşında həyatının sevgisini, həyat yoldaşını itirdi. Minlərlə ana, gözüyaşlı qaldı. Analar övladlarının məzarında can verdi...

Müharibəni əslində heç kim istəmir. Ancaq qatil Ermənistan ordusunun 30 illik işğalına son verilməli idi. 1988-90-cı illərdən başlamış bu iyrənc oyun birmənalı şəkildə bitirilməli idi.

Birinci Qarabağ Müharibəsində torpaqların işğal altına düşməməsi üçün 11 mindən artıq şəhid vermidik. Bir milyona yaxın azərbaycanlı, öz doğma-yurd yuvasından qaçqın düşmüşdü. Torpaqlarımızın 20 faizi işğal altında idi. Və 30 il müddətində düşmən bizim torpaqlarımızda yaşayırdı. Tarixi abidələrimizi, məscidlərimizi, məzarlıqlarımızı tar-mar edib özünə qondarma tarix yaratmaq istəyirdi. Amma unudurdu ki, Türkün torpağında yaşamağı bir gün Türk ona haram edə bilər.

Biz, 30 il boyunca müxtəlif xarici təşkilatların sülh çağırışına qulaq verir, gözləyirdik, səbr edirdik. Qətnamələr kağız üzərində qaldıqca, qondarma soyqırım da dünya ölkələri tərəfindən qəbul edildikcə və biz şəhid verdikdə səbrimiz də tükənirdi. Əslində, düşmən bunu yaxşı bilirdi. Bilirdi ki, Türkün səbri tükənəndə onun qarşısında durmaq olmaz. Və beləcə başlamışdı...

Bizi hədəflərimizdən yayındırmaq üçün dinc əhaliyə tutulan divan; Bərdə, Gəncə, Mingəçevirə atılan raketlər və şəhid olan mülki insanlar... Bütün bunların bir qarşılığı olmalı idi. Hər bir Azərbaycan oğlu bu döyüşə kəlmeyi-şəhadətini deyib getmişdi. Öldü var, döndü yoxdu demişdi. Torpaqlarımız hissə-hissə geri qaytarılırdı. Qızğın döyüşlər, məhv edilən düşmən texnikaları, itkilərimiz. Bu gün də düşünəndə gözü dolur insanın...

Ötən il bu gün, yağmurlu bir gün idi. Ölkə başçısı xəbər verdi "Şuşa sən azadsan"... Hər bir azərbaycanlı sevinc göz yaşlarını saxlaya bilmirdi. Bu qüruru yaşamaq hər insana nəsib olmur. Şuşa, bizim igidlərimizin qanı bahasına və əlbəyaxa döyüşlərlə azad edilmişdi.

Böyük qürur yaşadıq. Artıq torpaqları işğal altında olan ölkə deyildik. Artıq dünya birliyinin bizim itkilərimizə göz yumması da bizim üçün önəmli deyildi. Yanımızda qardaşımız Türkiyə vardı və qələbə bizim idi. Və 8 noyabr Azərbaycan tarixinə qələbə günü kimi yazıldı, həm də qızıl hərflərlə.

Uzun illər keçəcək. Amma Azərbaycan tarixini vərəqləyən hər bir gənc bu günü heç bir zaman unutmayacaq. Unuda bilməz. Çünki biz bu günü qanı bahasına əldə etmişik. İgidlərimizin qanı bahasına. Qan bahasına əldə edilən torpaq daha dəyərlidir.

Bu gün şəhid ailələrinin, şəhid qadınlarının bir təsəllisi var - onlar yaxınlarını torpaq uğrunda, bu qələbə uğrunda itirib. Yaxınları qəhrəmanlıqla şəhadətə ucalıb. Heç bir zaman unutmayaq, biz torpağın üstündə rahat gəzək deyə torpağın altında yatan əzizlərimiz var.

Allah şəhidlərimizə rəhmət eləsin!

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »