Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcü arzusu”: Ultimatumlarını özlərində saxlasınlar
“Gürcü arzusu”: Ultimatumlarını özlərində saxlasınlar

"Gürcüstan hakimiyyəti müxalifətin gözlənilən radikal addımlarına layiqli cavab verəcək".

Bizimyol.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Arzusu" partiyasının sədri İrakli Kobaxidze ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşdən sonra bildirib.

Ötən şənbə günü müxalifət 39 gündür ki aclıq aksiyası keçirən, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsxanadan özəl klinikaya köçürülməsi üçün hakimiyyətə 24 saat vaxt verib. Hakimiyyətdən heç bir cavab gəlməyincə, müxalifət bu günə Tbilisinin mərkəzində "müxalifətin gələcək fəaliyyət planını" elan ediləcəyi yeni etiraz mitinqini çağırışı edib.

"Ultimatumlarını özlərində saxlasınlar. Əgər onlar radikal addımlar atmağa çalışsalar, ən sərt cavabı alacaqlar", - deyə Kobaidze bildirib.

Onun sözlərinə görə, aclıq aksiyası manipulyasiyası yolverilməzdir, çünki etdiyi əməllərinə görə Saakaşvilinin özü məsuliyyət daşıyır.

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla görüşdə qaldırılan məsələlərə gəlincə, Kobaxidzenin sözlərinə görə, onlar seçkidən sonrakı dövrdə ölkədəki vəziyyət və Cənubi Qafqaz üçün strateji əhəmiyyətli məsələlər barədə danışıblar.

ABŞ dövlət katibinin köməkçisi Erika Olson Cənubi Qafqaza səfəri çərçivəsində cümə axşamı Gürcüstana gəlib. O, ölkə rəhbərliyi və siyasi dairələrin nümayəndələri ilə görüşüb.

Olsonun Tbilisiyə səfəri yerli özünüidarə orqanlarına seçkilər və eks-prezident Mixail Saakaşvilinin ölkəyə qayıdaraq həbs olunmasından sonra yaranmış çətin daxili siyasi vəziyyət fonunda baş verir. Ölkədə etiraz aksiyaları keçirilir. Ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat seçkidə saxtakarlığın olduğunu iddia edir və nəticələri tanımır. Saakaşvili isə həbsxanadan “seçki sonrası inqilab” elan edib. O, tərəfdarlarını səfərbər olmağa çağırıb.

Hakimiyyət isə öz növbəsində iğtişaşlara imkan verməyəcəklərini bildirib.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »