Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyanın çöküşü bir-birinə bağlı səbəblərdən olacaq"
"Dünyanın çöküşü bir-birinə bağlı səbəblərdən olacaq"

Alimlər indidən dünyanın sonu ilə bağlı araşdırmalara başlayıb. Son aparılan araşdırmaya görə, dünyanın sonunda 5 ölkə qalacaq. Bu ölkələr; Yeni Zellandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyadır. Eyni zamanda, Avstraliyanın Tasmaniya ştatı da bu sıradadır.

Alimlər, bu ölkələri sıraladıqları zaman qorxularını da dilə gətirib: "Digər ölkələr də bu sıraya qatıla bilər".

Elm adamları bu ölkələri dünya qlobal çökdüyü zaman sığına biləcək ən etibarlı ölkələr elan edib. Siyahıdakı birinci yeri, Yeni Zelandiya tutub. Yeni Zelandiya, geotermal və hidroelektrik enerijiyə, bol əkin sahələrinə sahibdir. Eyni zamanda bu ölkədə əhali sayı da azdır. Elə buna görə də, Yeni Zelandiya siyahıda birinci yerdədir.

Alimlər həmçinin müəyyən edib ki, dünyanın çöküşü bir-birinə bağlı səbəblərdən olacaq. Ətraf mühitə vurulan zərər, ətraf mühiti böhranlı vəziyyətə gətirib. Mütəxəssislər ciddi iqtisadi böhran, qlobal istiləşmənin təsirləri, təbiətin təxribatı, koronavirusdan daha da pis bir pandemiya və ya bunların qarışığının qlobal çöküşə səbəb olacağını açıqladı. Hansı ölkələrin belə bir qlobal çöküşə müqavimətli olduğu, ölkələrin əhalisi üçün qida yetişdirmə, sərhədlərini istənilməyən kütləvi köçlərdən qoruma, elektrik şəbəkələri və bəzi istehsal bacarığına sahib olma göstəriciləri ilə müəyyən edilib. Bu zaman əhalisi daha az olan ərazilər ilk sıraya alınıb.

Çamadanlarınızı yığıb bu beş ölkədən birinə getmək barədə düşünə bilərsiniz. Amma alimlər, qlobal çöküşün nə zaman baş verəcəyini hələ açıqlamayıb. Odur ki, hələ əsas xəbəri gözləyin.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »